2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Moskva ‘problemlərin çözümündə’ Ankara ilə əməkdaşlığı davam etdirəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onun ölkəsi beynəlxalq problemlərin çözülməsində Türkiyə ilə əməkdaşlığı davam etdirəcək.

Lavrov oktyabrın 26-da Yunanıstan paytaxtı Afinada bu ölkənin xarici işlər naziri Nikos Dendiasla görüşündən sonra jurnalistlərə deyib ki, “bizim bəzi problemlərdə yanaşmalarımız üst-üstə düşmür, lakin biz Ankara ilə ortaq məxrəc tapırıq”.

“Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var, lakin bu münasibətlər problemsiz deyil…Amma biz yaxşı nəticələrin əldə olunması üçün səylərimizi birləşdiririk və kritik vəziyyətlərin normallaşdırılması üçün zəruri olan şəraitin yaradılmasında köməkləşirik. Biz Türkiyə ilə əməkdaşlığımızı davam etdirəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

 

Aralıq dənizindəki problem

Ankara və Afina arasında Aralıq dənizində davam edən mübahisə məsələsinə toxunan Lavrov deyib ki, bu məsələ diplomatiya vasitəsilə həll olunmalıdır.

“Ölkələr arasında hər hansı problemlər yarananda, onları, Türkiyə və Yunanıstan arasındakı problem də daxil, nə qədər çətin olmasına baxmayaraq dialoq vasitəsilə həll etmək lazımdır. Biz bu problemlərin müzakirə olunmasında və birbaaşa dialoq vasitəsilə həll edilməsində maraqlıyıq”.

Son aylarda, Türkiyə Aralıq dənizində Yunanıstan və Kiprin də iddialı olduğu dəniz sahəsində neft-qaz axtarışı aparmaq qərarına gəldikdən sonra Afina və Ankara arasında gərginlik yaranıb.

Yunanıstan və Türkiyə – NATO üzvüdürlər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button