2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Moskva regionunda terror hücumlarının ‘qarşısı alınıb’


 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) Moskva regionunda “sabotaj və terror hücumları planlaşdıran” İslam Dövləti ekstremist qrupunun şəbəkəsini dağıtdığını deyir.

“Şəbəkənin beşədək şübhəli üzvünün” saxlandığı, onlardan birinin İD üzvü olduğunu etiraf etdiyi bildirilir. Ancaq şübhəlilərin konkret harada saxlandığı açıqlanmır.

Saytların yığılması Saytlarin yigilmasi

FTB noyabrın 25-də Moskvanın şərqindəki Vladimir regionunda şəbəkənin daha bir üzvünün saxlandığını açıqlayıb. Onun “Orta Asiya ölkəsinin vətəndaşı” olduğu qeyd edilib.

Araşdırma zamanı əldəqayırma bomba müsadirə olunub.

“Şəbəkənin digər məqsədləri İD sıralarına yeni üzvlər cəlb etmək və terrorçuluğa maliyyə dəstəyi vermək olub”, – FTB-nin bəyanatında vurğulanır.

Rusiya Ali Məhkəməsi hələ 2014-cü ilin dekabrında İD-in terrorçu qrup elan edərək yasaqlayıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button