2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Moskvada Azərbaycan pomidoru – kilosu 5 manata

Rusiyanın “AB-Mərkəz” aqrobiznes analitik-ekspert qrupunun mütəxəssisləri kartof və tərəvəzlər bazarının növbəti həftəlik icmalını hazırlayıb. Ekspert qrupunun araşdırmasına görə, Azərbaycandan Rusiyaya idxal olunan pomidorun qiymətində ay ərzində 8,1 faiz azalma olub.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvar ayının 26-da monitorinqə başlanılıb və həmin vaxt Azərbaycandan idxal olunan çəhrayı pomidorların bir kiloqramının qiyməti 150-190 rubl (4.46 – 5.64 manat) təşkil edib. Bu qiymət əsasən orta və ya böyük ölçülü pomidorlara aiddir. Bazarlarda pomidorun orta qiyməti isə 170 rubl olub (5.05 manat). Monitorinq aparılan həftədə pomidorun qiymətində 1,5 faiz artım olub, bir ay ərzində isə 8,1 faiz azalıb.

Qırmızı sulu Azərbaycan pomidorları isə orta hesabla 177.5 rubla (5.27 manat) satılıb. Bir həftə ərzində 5,3 faiz, ay ərzində isə 12,3 faiz azalma baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda Bakı bazarlarında pomidorun 1 kiloqramının qiyməti 1.5 manatdan 4-5 manat arasında dəyişir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button