2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

”Moskvada azərbaycanlılar məscidə buraxılmır”

Diaspor nümayəndələri: ”Ümid edir ki, Allahşükür Paşazadə vaxt tapıb bu məsələyə də diqqət ayıracaq”

Moskvada Otradnoye rayonundakı “Yardam” məscidinin ərazisinə azərbaycanlıların girişinin qadağan edildi barədə xəbərlər yayılıb. Moskvadakı Azərbaycan diasporunun nümayəndələri “Turan”-a bildiriblər ki, buna Rəşit Jabbaroviç Bəyazitov adlı şəxsin qadağa qoyması səbəb olub. O, yanvarın 18-dən bu qərarı verib.

Bu tatar müsəlman xadimi Sibir Dini İdarəsinə rəhbərlik edir.

Diaspora üzvləri deyiblər ki, Bəyazitov özünü çox kobud aparıb və azərbaycanlıların ünvanına təhqiramiz sözlər işlədib.

“Bu islam xadiminin qəzəbinə azərbaycanlıların şişirdilmiş kommunal xidmətlərə və məscidin mühafizəsinə görə pul ödəməkdən imtina etməsi səbəb olub,” – məlumatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Dispor fəallarının sözlərinə görə, Bəyazitov ödənişə dair heç bir qəbz vermir, sadəcə, müəyyən məbləğin ödənilməsini tələb edir.

Qalmaqalın şahidləri “Turan”-a bu “münaqişə” ilə bağlı video göndərərək Azərbaycan KİV-dən baş verənlərin işıqlandırılmasını xahiş ediblər.
Diaspor nümayəndələri Bəyazitovu məhkəməyə veriblər, təhqiramiz ifadələrə görə cəzalandırılmasını tələb ediblər.

Onların sözlərinə görə, bu məscid vaxtilə Rusiyada yaşayan azərbaycanlıların ianəsi hesabına tikilib. Bəyazitova ancaq torpaq sahəsi məxsusdur.

“O zaman “İnam” ictimai təşkilatı yaradılıb və məscidin “İnam” adlandırılması barədə qərar qəbul edilib. Lakin dindarlar məscidin torpağını “İnam” təşkilatının adına rəsmiləşdirməyiblər, onlar bu yeri satması ilə bağlı Bəyazitovun sözlərinə inanıblar. Məscid iki hissəlidir: sünni və şiələr üçün. Sünni hissəsində əsasən tatarlar ibadət edirlər, şiə hissəsində azərbaycanlılar. Bəyazitov şiə hissəsini bağlayıb və dindarları içəri buraxmır,” – məlumatda bildirilir.

Baş verənlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsindən şərh almaq cəhdləri nəticə verməyib.

Ancaq şeyxülislam Allahşükür Paşazadə Moskvada Bütün Rusiyanın patriarxının təşkil etdiyi növbəti tədbirdədir.

Diaspor üzvləri ümid edir ki, Allahşükür Paşazadə vaxt tapıb bu məsələyə də diqqət ayıracaq.

Azərbaycan diasporunun nümayəndələrinin sözlərinə görə, Azərbaycanın Moskvadakı səfirliyi də olaylara heç bir reaksiya vermir.

Maraqlı xəbərlər üçün Az24saat.orgFACEBOOK səhifəmizi izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button