Now Reading:
Moskvada “Ded Xasan”ın yaxın adamı yoxa çıxdı

Moskvada “Ded Xasan”ın yaxın adamı yoxa çıxdı

Moskva vilayət məhkəməsində mərhum kriminal avtoritet Aslan Usoyana (“Ded Xasan”) yaxın olan “qanuni oğru” Artyom Arakelyanın (Artyom Lipetski) və “avtoritet” Denis Paninin səs-küylü məhkəməsi olmalıydı. Amma…

Virtualaz.org “Rosbalt”a istinadən bildirir ki, məhkəməyə aparılarkən Panin yolda müəmmalı şəkildə yoxa çıxıb.

Situasiyaya yaxın mənbənin dediyinə görə, Panin ilkin istintaq dövründə “Matrosskaya tişina”ın təcridxanasında saxlanılıb. Lakin sonradan onu 4 saylı həbsxanaya köçürüblər.

Məlumata görə, 4 saylı həbsxanada onu məhbusları daşıyan xüsusi maşına mindiriblər. Ancaq o məhkəməyə gəlib çıxmayıb.

O vaxtdan iki həftə keçib. Amma hələ də bilinmir ki, Paninlə bağlı nə baş verib.

Məlum olan yalnız budur ki, o hazırda paytaxtdakı həbsxana və təcridxanaların heç birində yoxdur.

Xatırladaq ki, dəfələrlə həbs olunmuş Panin 2013-cü ilin yanvarında snayper tərəfindən güllələnən “Ded Xasan”ın ən yaxın, etibarlı adamlarından biri olub və onu müxtəlif riskli görüş və danışıqlarda müşayiət edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.