Xəbərlər

Moskvada kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın iclası keçiriləcək

Loading...

Bakı/19.10.21 20-21 oktyabr tarixlərində Moskvada nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə Ermənistan, RusiyaAzərbaycan üçtərəfli komissiyasının növbəti görüşü keçiriləcək. Bu barədə Ermənistan KİV-ləri Ermənistan baş nazirinin müavini  Mqer Qriqoryana istinadla məlumat yayıb.

Onun sözlərinə görə, görüşdə dəmir yolu ilə bağlı məsələlər müzakirə olunacaq. “Proseslər MDB ölkələrinin tənzimləmə bazası çərçivəsində həyata keçiriləcək”, deyə o, qeyri-müəyyən şəkildə bildirib. Daha sonra o qeyd edib ki, Ermənistan bütün əlaqələrin tamamilə açılmasının tərəfdarıdır.

Azərbaycan tərəfi qarşıda duran görüş barədə heç bir məlumat verməyib.

Xatırladaq ki, RusiyaAzərbaycan-Ermənistan üçtərəfli komissiyasına üç ölkənin baş nazir müavinləri rəhbərlik edir. Komissiya 11 yanvar 2021-ci il tarixli sazişin həyata keçirilməsi ilə məşğuldur. Bu sazişə əsasən regionda bütün kommunikasiyalar bərpa edilməlidir.

Azərbaycan Naxçıvan və Azərbaycanın qalan hissəsi arasındakı yolun dəhliz olduğuna israr etməyə başladıqdan sonra komissiyanın işi dayanmışdı. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button