Loading...
Loading...
Dünya

Moskvada kütləvi davada azərbaycanlılar xəsarət alıb

Moskvada restoranın müştəriləri və işçiləri arasında kütləvi dava olub, nəticədə azərbaycanlılar xəsarət alıblar.

İnsident nəticəsində 3 nəfər yaralanıb.

Bunlar 35 yaşlı dağıstanlı, 30 və 33 yaşlı azərbaycanlılardır. Onlar xəstəxanaya yerləşdiriliblər.

Kütləvi davada 10 nəfər iştirak edib. Qarşıdurmanın qarşısını hadisə yerinə gələn polisin sayəsində dayandırmaq mümkün olub. Davada iştirak edənləri bir-birindən aralamaq üçün polis əməkdaşı xidməti silahından havaya üç xəbərdarlıq atəşi açıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

 

“Report”

Gözdən qaçırmayın:  CanlıUkraynaya hücumun 7-ci günü. Kiyevə raket zərbələri endirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button