2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moskvada metroda əllərində partlayıcı maddənin izi olan 5 nəfər tutuldu

Moskva metrosunda əllərində partlayıcı maddənin izi olan 5 nəfər saxlanılıb.
Onlar Qırğızıstan və Qazaxıstan vətəndaşlarıdır.
Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər ki, saxlanılan şəxslərdə əldə düzəldilmiş partlayıcı qurğuların hazırlanmasında istifadə olunan nitroqliserin və teril parçaları tapılıb. Şübhəli şəxslər “Taqanskaya”, “Kaxovskaya” və “Kolomenskaya” stansiyalarında saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən terror aktından sonra Rusiyada metroda təhlükəsizlik tədbirləri gücləndirilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button