2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Moskvada Qulnara Karimovanın 6 mənzili müsadirə olunub

Özbəkistan bildirib ki, bu mənzillərin satışından əldə olunan vəsait Moskva və Daşkənd arasında bərabər bölünəcək

Saytların yığılması Saytlarin yigilmasi

Moskvada keçmiş Özbəkistan prezidenti İslam Kaimovun böyük qızına məxsus 6 mənzil Rusiya məhkəməsi tərəfindən müsadirə olunuvb.

Özbəkistanın ədliyyə naziri Muzraf İkramov sentyabrın 13-də deyib ki, bu mənzillərin satışından əldə olunan vəsait Moskva və Daşkənd arasında bərabər bölünəcək.

Fevralın əvvəllərində Özbəkistanın ədliyyə naziri demişdi ki, hökumət Qulnara Karimovaya məxsus aktivlərin Özbəkistana qaytarılması üçün Rusiya, İsveçrə, Birləşmiş Ştatlar, Fransa və bir neçə başqa ölkənin hakimiyyət orqanları ilə danışıqlar aparır.

Nazir bu aktivlərin “cinayət fəaliyyyyəti” nəticəsində əldə olunduğunu əlavə etmişdi.

Nazirlik bildirmişdi ki, Karimovaya məxsus 6 milyon dollar onun Rusiya banklarındakı hesablarında saxlanır.

Məlumata görə Karimovanın Moskvada malikanəsi, 8 mənzili var. Bundan başqa Karimovanın Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krım yarımadasında otelinin, mülkünün və torpaq sahələrinin olduğu bildirilirdi.

Pulların qaytarılması

Ötən ay Özbəkistan və İsveçrə hakimiyyəti bu ölkədə Karimovaya məxsus 131 milyon dolların Daşkəndə qaytarılmasına dair razılaşma əldə etmişdilər. Bu aktivlərə İsveçrə məhkəməsi tərəfindən həbs qoyulmuşdu.

İsveçrə 2012-ci ildə mənimsəmə ittihamı ilə Qulnara Karimovaya qarşı açılmış cinayət işinin nəticəsi olaraq onun 842 milyon dollarına həbs qoyulmuşdu.

Daşkənd Karimova 2017-ci ildə həbs olunandan bəri onun müxtəlif xarici yurisdiksiyalarda olan 1 milyard dollardan çox pulunun Özbəkistana qaytarılmasına çalışır.

İkramov sentyabrın 13-də deyib ki, Özbəkistanın İsveçrədən geri gətirməyə çalışdığı aktivlərin ümumi dəyəri 686 milyon dollardır.

Bir vaxtlar atasının hakimiyyət varisi sayılan Qulnara Karimova 2014-cü ildə Daşkənddə ev məhbusu edilmişdi.

Bundan iki il sonra İslam Karimov vəfat etdi və onun postuna Şavkat Mirziyoyev seçildi.

Daha 13 il iş

Özünü həm də pop ulduzu və kübar qadın kimi təqdim edən Qulnara Karimovaya qarşı açılmış cinayət işlərində onun adı əsasən telekommunikasiya şirkətləri ilə bağlı külli məbləğdə rüşvət sxemləri ilə bağlanır.

Qeyd olunur ki, Karimova xarici telekommunikasiya şirkətlərinin Özbəkistan bazarına gətirilməsi üçün onlardan böyük məbləğlərdə rüşvət alıb.

Karimova 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan bu hökm 5 illik ev dustaqlığı ilə əvəzlənmişdi.

O 2019-cu ildə ev məhbusluğunun şərtlərini pozmaqda ittiham olunaraq təkrar həbsxanaya qaytarılıb.

Qulnara Karimova 2020-ci ildə prezident Mirziyoyevə yazdığı məktubda ona qarşı cinayət işinin dayandırılması müqabilində 686 milyon dolları dövlət xəzinəsinə qaytarmağı təklif etmişdi.

Lakin bunan bir ay sonra Karimovaya zorla pul qopardılması, çirkli pulların yuyulması və başqa cinayətlərə görə ona əlavə olaraq 13 il iş kəsilib.

24 saat” “
Moskvada Qulnara Karimovanın 6 mənzili müsadirə olunub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button