2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Moskvada Rövşən Əsgərova qarşı cinayət işi açılıb

O Rusiya sərkərdəsi, Sovet İttifaqı marşalı Jukovu təhqir etməkdə ittiham olunur

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın İstintaq Komitəsi “Nə, nə vaxt, harda” teleşousunun keçmiş iştirakçısı və “Bilicilər klubu”nun üzvü, azərbaycanlı jurnalist Rövşən Əsgərova qarşı nasizmə haqq qazandırılması ittihamı üzrə cinayət işi açıb.

İstintaqın versiyasına görə Əsgərov bu il aprelin 6-dan gec olmayaraq özünün Facebook səhifəsində “böyük Rusiya sərkərdəsi və vətənin müdafiəçisi, Sovet İttifaqının marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar yayıb”.

İK-nin rəsmi məlumatında deyilir:

“İstintaq komitəsi vətən müdafiəçilərinin işıqlı xatirəsini ləkələməyə və alçaltmağa yönəlmiş istənilən cəhdlərin qarşısını, belə cinayətlərlə əlaqəsi olanların status və sosial vəziyyətinə baxmayaraq, prinsipiallıq və sərtliklə alacaq”.

5 il iş düşür

Abzas saytı xəbər verir ki, cinayət işi Dövlət Tarix Muzeyinin şikayəti əsasında qaldırılıb.

Əsgərovun hərəkətlərinə “prosessual qiymət verilməsini” İK-nin başçısı Aleksandr Bastrıkin əmr edib.

Abzas saytının yazdığına görə Əsgərov Facebook postunda Jukovu “stajlı soyğunçu”, “poqonlu qatil” və “xırda oğru” adlandırıb.

Rusiya CM-nin 354.1 maddəsi bu yaxınlarda sərtləşdirilib və indi bu ittihamla 5 il müddətinə azadlıqdan məhrum edilmək mümkündür.

Fontanka.ru saytı yazır ki, RT dövlət telekanalının baş redaktoru Marqarita Simonyan Əsgərova qarşı cinayət işi açılmasından məmnunluğunu bildirib:

“İllərlə Rusiya tarixini, ordusunu və şərəfini lağa qoyan rusofob və şovinist Rövşən Əsgərova qarşı nəhayət ki, cinayət işi açıldı”.

Hazırda xaricdə olan Əsgərov Rusiya qayıtmaq niyyətində olmadığını bildirib.

49 yaşlı Rövşən Əsgərov Baku jurnalının piar-direktorudur.

Ziddiyyətli sərkərdə

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Jukov 1947-ci ildə sovet xüsusi xidmətləri tərəfindən həqiqətən də “soyğunçuluqda” ittiham olunub.

O iddia edirdi ki, sahibi olduğu əmlakın bir hissəsi ona vərəsəlik payı kimi çatıb, qalanını isə öz pulu ilə alıb.

Bu da qeyd olunur ki, Jukova qarşı bu ittiham onun quru qoşunları baş komandanı vəzifəsindən istefaya göndərilməsi və ona yaxın generalların repressiya edilməsi üçün irəli sürülmüşdü.

Ötən noyabrda Roskomnadzor AzadlıqRadiosu Rus xidmətinin Jukov barədə məqaləsinə görə protokol tərtib etmişdi.

Bu məqalədə deyilirdi ki, Jukovun imzaladığı sənədlərdən birində II Dünya müharibəsinin Leninqrad cəbhəsində düşmənə əsir düşənlərin ailə üzvlərinin güllələnəcəyi bildirilidi.

24 saat” “
Moskvada Rövşən Əsgərova qarşı cinayət işi açılıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button