2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Moskvada Tramp barədə kompromatlar var? – Kreml cavab verdi

Donald Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məruzəsinə Rusiyada onun barədə dəlillərin olduğuna dair əlavədən məlumatlı deyil.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın yeni seçilmiş prezidentinin məsləhətçisi Kellien Konuey bildirib.

Daha əvvəl “Hill” nəşri yazıb ki, Rusiya agentləri milyarderı etibardan salan informasiyalara malikdirlər. Bundan əvvəl isə CNN telekanalı anonim Amerika məmurlarına istinadən eyni iddia ilə çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Buzfid” nəşri isə Rusiya xüsusi xidmət orqanlarının Trampa qarşı təxribat hazırlaması haqqında 35 səhifəlik hesabat dərc edib. Hesabatın müəllifi qəzetə açıqlamasında bəyan edib ki, Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşlarından biri ona Federal Təhlükəsizlik Xidmətinin Trampı izləməsi haqqında məlumat verib. Müəllif bu barədə məlumatı 2013-cü ildə əldə etdiyini söyləyib. Rusiya xüsusi xidmət orqanları özəlliklə, Trampın fahişələri dəvət etdiyi “Ritz Çarlton” otelini dinləyiblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən iddiaları “kriminal əsər”lə müqayisə edib.

Onun sözlərinə görə, Tramp barədə dəlillərin Moskvada mövcudluğu haqqında bəyanatlar ikitərəfli münasibətlərə zərər vermək cəhdidir.

“Bu, tamamilə saxta informasiyadır. Kremldə Tramp barədə heç bir dəlil yoxdur”, – deyə Peskov jurnalistlərə bildirib.

Trampın özü isə bu xəbərləri “cadugər ovu” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button