2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Moskvadakı ABŞ səfirliyi xəbərdarlıq edir

Birləşmiş Ştatların Moskvadakı səfirliyi Rusiyada yaşayan və ya bu ölkəyə səfər etmiş ABŞ vətəndaşlarına Rusiyanın “dərhal” tərk edilməsini tövsiyə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə xəbərdarlıq səfirliyin saytında dərc olunub.

Məlumatda bu xəbərdarlığa “Rusiyanın Ukraynaya səbəbsiz müdaxiləsinin nəticələri”, ABŞ vətəndaşlarının Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən mümkün təqibi, Rusiya ilə ABŞ arasında nəqliyyat əlaqələrinin məhdudluğu, habelə səfirliyin ABŞ vətəndaşlarına köməyinin çətinləşməsi səbəb gətirilir.

Bildirişdə deyilir ki, ABŞ vətəndaşlarına Rusiyaya səfər etmək “tövsiyə edilmir”.

İkili vətəndaşlar

Bu da bildirilir ki, Rusiyada ötən sentyabrda səfərbərlik elan edilib və hakimiyyət ikili ABŞ-Rusiya vətəndaşlığı olan şəxsləri də ordu sıralarına çağıra bilər.

Məlumatda habelə Rusiya aviaşirkətlərinin reyslərindən istifadə etməmək tövsiyə olunur, belə ki, hazırda bu şirkətlər sanksiyalara görə beynəlxalq təhlükəsizlik normalarına əməl edə bilmirlər.

Xüsusi olaraq vurğulanır ki, ABŞ səfirliyinin əməkdaşlarına Rusiya aviaşirkətlərinin reyslərindən istifadə qadağan olunub.

Amerikalılara istənilən etiraz aksiyalarında iştirakdan çəkinmək tövsiyə olunur.

Birinci xəbərdarlıq deyil

Ötən il Birləşmiş Ştatların Moskvadakı səfirliyi ABŞ vətəndaşlarına iki dəfə “Rusiyanı dərhal tərk etməyi” tövsiyə edib. Səfirlik birinci bildirişi fevralın 28-də Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra vermişdi. İkinci xəbərdarlıq sentyabrın 28-də Putinin “qismən səfərbərliyinin” ardınca verilmişdi.

Rusiya hakimiyyəti səfərbərliyin başa çatdığını bildirsə də, bu barədə rəsmi fərman verilməyib və səfərbərlik tədbirləri istənilən vaxt bərpa oluna bilər.

Bu da vurğulanır ki, ABŞ səfirliyinin bu xəbərdarlığı Rusiyanın Ukraynada böyük hücuma keçdiyinə dair xəbərlərin fonunda baş verir.

Ukrayna kəşfiyyatı hesab edir ki, ikinci böyük hücum Ukraynaya müdaxilənin birinci ildönümü gününə – 24 fevrala təsadüf edə bilər.

Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkin fevralın 13-də ABŞ-ı Yaxın Şərqdə “cihad qruplaşmalarının” döyüşçülərini guya Rusiya və MDB ölkələrində terror aktlarının törədilməsi üçün səfərbər etməkdə günahlandırıb.

Vaşinqton bununla bağlı heç bir şərh verməyib.

24 saat” “
Moskvadakı ABŞ səfirliyi xəbərdarlıq edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button