Xəbərlər

Moskvadakı mənbələr Əliyev-Putin-Paşinyan görüşü keçiriləcəyini təsdiq edirlər /YENİLƏNİB/

Loading...

Bakı/23.10.21 Rusiya, Ermənistan və Azərbaycan liderləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin üçtərəfli görüşü noyabrın ilk ongünlüyündə Moskvada keçirilə bilər. Danışıqların yekunlarına görə üçtərəfli bəyanat imzalanacağı gözlənilir, xəbəri RİA Novosti məlumatlı mənbələrə istinadla məlumat yayıb. 

“Bəli, belə bir görüşün keçiriləcəyi gözlənilir. Təxminən 8-9 noyabr tarixlərində, Moskvada”, deyə agentliyin mənbəyi bildirib. 

Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanatların imzalanacağı gözlənilir.

“Sənəd Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə aid olacaq. Bu, mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə bu problemin həllinin axtarışı üçün “yol xəritəsini” müəyyən edəcəklər. Həmçinin, regionda nəqliyyat kommunikasiyalarının açılması haqqında bəyanat qəbul ediləcəyi gözlənilir. Bu bənd hələ ötən ilin noyabrında üç ölkə liderinin qəbul etdiyi bəyanatda qeyd edilmişdi”, deyə RİA Novosti-nin mənbəyi qeyd edib. -02D-

* * *

Ermənistan və Azərbaycan noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq – KİV 

Bakı/23.10.21 Noyabrın 9 -da Ermənistan və Azərbaycan liderləri Moskvada iki sənəd imzalayacaqlar, bu barədə 22 oktyabr axşamı,  “etibarlı diplomatik mənbələrə” istinadən  , erməni saytı Aliq Media məlumat yayıb.

Sənədlər Vladimir Putinin vasitəçiliyi ilə Nikol Paşinyan və İlham Əliyev tərəfindən imzalanacaq. Birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına aiddir. Beləliklə, İrəvan və Bakı SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının xəritələrinə əsaslanaraq bir -birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.

İkinci sənəd Azərbaycanla Naxçıvan arasındakı yol dəhlizləri də daxil olmaqla, bölgədəki kommunikasiyaların açılmasına aiddir. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button