İqtisadiyyat

Moskvadan Lənkərana birbaşa aviareys açılır

İyunun 8-dən etibarən “Azərbaycan Hava Yolları”nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da baş tutacaq. Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də olacaq.

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button