Bizim tərcümə

Mötədil Mühafizəkarlar Partiyası İsveçdə hökumət qurmağa razılaşıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-14 17:24:12

İsveçin mühafizəkar Moderat Partiyasının lideri Ulf Kristersson Xristian Demokrat Partiyası və Liberal Partiyası ilə koalisiya hökuməti qurmaq üçün razılığa gəldiklərini bəyan edib.

Kristersson ölkənin ən böyük sağçı partiyası olan ifrat sağçı İsveç Demokratlar Partiyasının hökuməti kənardan dəstəkləyəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Parlamentin spikeri Andreas Norlen də mətbuat konfransında oktyabrın 17-də parlamentdə Ulf Kristerssonun rəhbərlik etdiyi hökumətə etimad səsverməsinin keçiriləcəyini açıqlayıb.

ÖLKƏDƏ GÖZLƏNİLƏN DƏYİŞİKLİK

Yeni hökumət vergiləri azaltmağı, yeni atom elektrik stansiyalarının tikintisi prosesini başlatmağı, güzəştləri artırmağı, immiqrasiya qaydalarını sərtləşdirməyi və polisə daha çox səlahiyyətlər verməyi planlaşdırır.

Sentyabrın 11-də keçirilən seçkidə sağçılar bloku 349 yerlik parlamentdə 176 yer, sol partiyalar isə 173 yer qazanıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button