2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Motor Sich” in prezidenti Ukrayna ilə əməkdaşlıqda şübhəli bilinərək saxlandı

83 yaşlı Vyaçeslav Boquslaev  Ukraynanın ictimai-siyasi xadimi, Ukrayna Qəhrəmanı və Ukraynanın xalq deputatıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynanın Təhlükəsizlik Xidməti “Motor Sich” müəssisəsinin keçmiş direktoru və fəxri prezidenti Vyaçeslav Boquslayevi Rusiya ilə iş birliyində şübhəli bilərək saxlayıb.

Azadlıq Radiosunun “Nastoyaşie Vremya” TV layihəsinin yazdığına görə, Boquslaevlə birlikdə “Motor Sich”in xarici iqtisadi fəaliyyət şöbəsinin müdiri də saxlanılıb.

Onlar təcavüzkar dövlətlə şəriklikdə ittiham olunurlar.

Təhlükəsizlik xidmətinin məlumatına görə, Boquslayev və onun həmkarı, “Motor Sich” şirkətinin qanunsuz olaraq Rusiya helikopterləri üçün hərbi avadanlıqlar satmasıyla bağlı saxlanıblar. İstintaqın qənaətinə görə, Zaporojyedə yerləşən bu zavodunun rəhbərliyi Rusiyanın “Rostex” korporasiyasının nümayəndələri ilə əlbir olaraq qanunsuz təchizatla məşğul ola bilərlər.

Məlumatda bildirilir ki, “Motor Sich”dən alınan avadanlıqlardan Mi-8, Sapsan, KA-52 Alligator və Mi-28N helikopterlərinin təmirində istifadə edilib.

Boquslaevin Zaporojyedən Kiyevə aparıldığı bildirilir.

“Motor Sich”in rəsmi nümayəndələri onun saxlanması ilə bağlı hələlik şərh verməyiblər.

83 yaşlı Vyaçeslav Boquslaev Ukraynanın ictimai-siyasi xadimi, Ukrayna Qəhrəmanı və Ukraynanın xalq deputatıdır.

O, “Motor Sich” şirkətinə 1994-cü ildən rəhbərlik edir və Ukraynanın ən zəngin 25 adamı sırasındadır.

Bihus.İnfo-nun i 2019-cu ildə apardığı araşdırmalarda bildirilirdi ki, Rusiyaya hərbi texnikanın ixracına qadağa qoyulmasına baxmayaraq, “Motor Sich” Rusiya ordusuna mühərrik hissələri göndərməkdə davam edir.

Rusiyanın “Rostex” şirkəti isə “Motor Sich” in istehsalı olan mühərriklərdən istifadə etmədiyini bəyan edib .

Şirkət qeyd edib ki, 2014-cü ilə qədər Rusiya helikopterlərinə Ukrayna istehsalı olan mühərriklər quraşdırılıb və bu hamıya məlumdur, amma artıq çoxdandır ki, bu helikopterlər yerli avadanlıqlarla təhciz olunur.

24 saat” “
“Motor Sich” in prezidenti Ukrayna ilə əməkdaşlıqda şübhəli bilinərək saxlandı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button