Loading...
Loading...
Texnologiya

Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını təsdiqləyib

    Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib. Təqdim edilmiş tizer fotosunda qeyd edilib ki, smartfonun kamerası fotoların keyfiyyətləri mövzusunda yeni etalon olacaq. Bununla yanaşı şirkət yeni flaqman smartfonun təqdimat tarixini açıqlayıb və onun hansı prosessor ilə təchiz olunacağını qeyd edib. Beləliklə şirkət təsdiqləyib ki, yeni flaqman smartfon iyul ayında təqdim olunacaq və o, 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Gözləntilərə əsasən Motorola-nın yeni flaqman smartfon modeli Samsung şirkətinin ISOCELL HP1 adlı 200 MP-lik kamera obyektivinə sahib olacaq.

    Qeyd etmək lazımdır ki, sözügedən kamera obyektivi saniyədə 30 kadr sürətlə 8K keyfiyyətində videoların çəkilməsi imkanını dəstəkləyir. Smartfonun adı barəsində hələ heç bir məlumat verilməyib. Lakin hələ bir neçə ay bundan öncə Motorola-nın Frontier adlı yeni flaqman smartfon üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxmışdı. Onu da qeyd etmək lazımdır ki, rəsmi məlumata əsasən yeni smartfon bir neçə gün bundan öncə təqdim edilmiş Snapdragon 8+ Gen 1 flaqman prosessoru ilə təchiz olunacaq.

    Əgər iyul ayına kimi sözügedən prosessora sahib heç bir smartfon təqdim edilməsə, Motorola-nın yeni flaqman smartfonu Snapdragon 8+ Gen 1 prosessorunu əldə edəcək ilk smartfon olacaq. Gözləntilərə əsasən sözügedən smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym POLED ekran ilə təchiz olunacaq və ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda rellaşdırılacaq. Smartfonun həmçinin 8/12 GB RAM, 128/256 GB daxili yddaş həcmi, 60 MP-lik ön kamera və 125 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman edilir.

Gözdən qaçırmayın:  Bütün düymələrdən imtina – YENİ TELEFON

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button