2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Motorola Frontier adlı flaqman smartfon barəsində yeni məlumatlar verilib

    İnsayderlər Motorola şirkətinin Frontier adlı yeni flaqman smartfon modeli barəsində növbəti məlumatları veriblər. Əsasən məlum olub ki, smartfon yüksək sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Bundan əlavə olaraq insayderlər smartfonun digər texniki özəllikləri barəsində də məlumatlar veriblər. Lenovo Group China şirkətinin rəhbəri bir neçə müddət bundan öncə Çinin Weibo adlı sosial şəbəkəsində Motorola cihazının 125 vatt gücündə olan şarj adapterinin fotosunu paylaşmışdı. Digital Chat Station ləqəbli nüfuzlu insayderin verdiyi məlumata əsasən sözügedən şarj adapteri məhz Motorola-nın yeni flaqman smartfonu üçün nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

    Bundan əlavə olaraq Motorola Frontier Qualcomm şirkətinin yeni Snapdragon 8 Plus prosessorunu əldə edəcək ilk smartfon olacaq. Hələ bir neçə müddət bundan öncə sözügedən smartfonun güman olunan render fotosu ortaya çıxmışdı. Ortaya çıxmış fotodan da görmək olar ki, Motorola Frontier smartfonu kənar hissələri əyilmiş ekran ilə təchiz olunacaq. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində üçlü kamera mövcud olacaq. Məlumata əsasən Motorola Frontier modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfonun nə zaman təqdim olunacağı barəsində hələ məlumat yoxdur.

24 saat” “Motorola Frontier adlı flaqman smartfon barəsində yeni məlumatlar verilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button