2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mövqe

Sizin saytınızda 02.03.2017-ci il tarixdə ” Başçı müavini Xocalı faciəsi günü Xocalı sakinini döydürüb” başlıqlı məqalə dərc olunmuşdur. Məqalədə göstərlilir ki, Xocalı sakini Adil Muğan oğlu Həsənəliyev fevralın 26-da, yəni Xocalı faciəsinin 25-ci ildönümündə Ağcabədi Rayon İcra Hakimiyyətinin 1-ci müavini Rövşən Əhmədovun adamları tərəfindən vəhşicəsinə döyülübdür və Adil Həsənliyevi döyən şəxslərə lazımı cəzalar verilmir. Hadisənin detalları açıqlanmır. Xocalı sakini faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. Rövşən Əhmədovun notariat qaydasında təsdiq edilmiş etibarnamə ilə səlahiyyətli nümayəndəsi kimi qəti surətdə bildirirəm ki, Sizin saytınızda 02.03.2017-ci il tarixdə “Başçı müavini Xocalı faciəsi günü Xocalı sakinini döydürüb” başlıqlı dərc olunan məqalədə göstərilən məlumatlar tamamilə yalandır, şər və böhtandır. Belə ki, Rövşən Əhmədov məqalədə özünü Xocalı sakini Adil Muğan oğlu Həsənəliyev kimi təqdim edən şəxsi tanımır, onunla əvvəllar görüşməyib, hər-hansı münasibətdə, təmasda olmayıb, ümumiyyətlə, həyatda belə bir adda adamın olmasından xəbəri belə yoxdur. Həmin şəxsin guya Rövşən Əhmədovun adamları tərəfindən döyülməsi tamamilə yalan, şər və böhtandır. Ona görə də, hesab edirəm ki, bu məqaləni yazmazdan öncə Adil Həsənəliyevin döyülməsi faktı ilə bağlı araşdırma aparan (məqalənizə əsasən) Ağcabədi Rayon Polis Şöbəsi ilə əlaqə saxlamalı, həmin hadisə ilə bağlı məlumatları dəqiqləşdirdikən sonra bu məlumatı yaymalıydınız. Bundan başqa, məqalədə Rövşən Əhmədovla bağlı bəzi şəxsi məlumatları da dərc eləmisiniz. Bu məlumatlar Rövşən Əhmədovla bağlı yoxlanılmamış, səhihliyi şübhə doğuran məlumatlarıdır. Məlumtda göstərilir ki, guya Rövşən Əhmədovun psixi çatışmazlığı olduğuna görə hərbi xidmətə yararlı olmaması barədə sahibkar Teyyub Eminovda sənəd vardır. Məlumat üçün bildirirəm ki, Məhkəmə qətnamələri ilə bu yalan və şər xarakterli məlumatları yayan təqsirkar şəxslərin mülki və inzibati məsuliyyətə cəlb olunmaları qət edilmişdir. Ona görə də, Siz bu məlumatları da araşdırdıqdan sonra yaymalıydınız. Məqalənizdə bir məlumat da, Rövşən Əhmədovun və qardaşı Əliş Əhmədovun guya Ramiz adlı sürücünü döymələri, sürücüyə bir neçə bıçaq zərbəsi endirmələri ilıə bağlı məlumatdır. Bildirirəm ki, həmin məlumat da tamamilə yalan və böhtandır. Belə ki, Rövşən Əhmədovun və qardaşı Əliş Əhmədovun guya Ramiz adlı şəxsi döymələri barədə faktla bağlı Azərbaycan Respublikası Baş Prokururluğunun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində müvafiq araşdırmalar aparılmış və Rövşən Əhmədovun baş vermiş hadisyə heç bir aidiyyatının olmadığı müəyyən edilmişdir. Aparılmış araşdırmanın nəticəsində bu malumatın da yalan və böhtan olduğu tam sübuta yertirilmişdir. Ona görə də, araşdırmanı aparan Azərbaycan Respublikası Baş Prokururluğunun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi tərəfindən Əliş Əhmədov barəsində başlanmış cinayət işinə CPM-nin 39.1.1-ci maddəsi ilə (yəni, cinayət hadisəsinin olmaması əsası ilə) xitam verilmişdir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun Jurnalistin hüquq və vəzifələrindən bəhs edən V fəslinin 36-cı maddəsinin 2-ci bəndində göstərilir ki, ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamaq jurnalistin vəzifəsidir. Həmin Qanunun 41-ci maddəsinə görə Bu Qanunun 3-cü, 4-cü, 34-cü və 36-cı maddələrinin tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətlə nəticələnir. Sözügedə Qanunun 31-ci maddəsinə əsasən vətəndaşın və ya təşkilatın ixtiyarı var ki, kütləvi informasiya vasitəsi redaksiyasından həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını tələb etsin. Vətəndaş və ya təşkilat barəsində kütləvi informasiya vasitəsində onların hüquqlarına və qanuni mənafelərinə toxunan məlumat dərc edildikdə və ya verildikdə, onların elə həmin kütləvi informasiya vasitəsində cavab dərc etdirməyə və ya cavab verməyə haqqı vardır. Yuxarıda göstərilənlərə əsasən Sizdən xahiş edirəm Sizin saytınızda 02.03.2017-ci il tarixdə ” Başçı müavini Xocalı faciəsi günü Xocalı sakinini döydürüb” başlıqlı məqalə dərc olunmuş məqalədə yayılan məlumatların şər və böhtan olmasını ilə bağlı bizim mövqemizi dərc edərək həmin məqalədə göstəriləm məlumatları yalan olduğundan təkzib edəsiniz. Hörmətlə, Elçin Əliyev Azərbaycan Respublikası Vəkillər Kollrgiyasının üzvü, vəkil, Rövşən Əhmədovun notariat qaydasında təsdiq edilmiş etibarnamə ilə səlahiyyətli nümayəndəsi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button