2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

MSDM-in toplantısında bölgə və dünya məsələləri müzqkirə olunub

Bakı/15.12.21 Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) dekabrın 15-də keçirilmiş toplantısında  Cənubi Qafqaz regionunda və dünyada baş verən bir sıra proseslər müzakirə obyekti olub.

Toplantıda Gədəbəy Rayonunun keçmiş icra başçısı, Qarabağ qazisi, hazırda həbsdə olan Saleh Rüstəmlinin həbsdən azad olunması xüsusi vurğulanıb və bununla bağlı hakimiyyətə çağırış edilib. Müzakirələrdə vurğulanıb ki, burada söhbət, həm də ölkəmizdə ən kəskin ictimai problemlərin anlaşma yolu ilə həlli imkanlarının qalıb-qalmamasından gedir.

Toplantıda  yeni media qanunu layihəsinə də münasibət ifadə edilib. Hesab edilib ki, yeni qanun layihəsi media azadlıqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıran, media strukturlarını və jurnalistləri hakimiyyətin rəsmi nəzarətinə alan  bir layihədir və qanunun parlamentdə qəbul prosesi dayandırılmalı, layihə ictimaiyyətin və ilk növbədə jurnalistlərin hərtərəfli müzakirəsinə verilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Onların fikrincə, əks təqdirdə bu qanun  cəmiyyətiin inkişafına deyil,   tənəzzülünə səbəb olacaq.

Toplantıda Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ilk addımları bütövlükdə pozitiv sayılıb, Türkiyə rəsmilərinin bu prosesin Azərbaycanla razılaşdırılma əsasında aparılacağı haqda açıqlamasını yüksək qiymətləndirilib.

Toplantıda habelə “3+3” və ya “2+3” platformasına münasibət ifadə edilərək deyilib ki, bu platforma  regionda sülh və əmin-amanlığa, iqtisadi əlaqələrin güclənməsinə səbəb olacaq. Eyni zamanda Azərbaycanın beynəlxalq birliklə,  aparıcı qərb dövlətləri ilə münasibətlərinə xələl gətirməyəcək.

Bununla yanaşı toplantıda Brüssel görüşləri də ətraflı müzakirə edilib, bu görüşlər əsasən müsbət dəyərləndirlib.

Toplantı iştirkçılarının mövqeyinə görə, Azərbaycan və Ermənistan dövlət başçılarının 2-ci Qarabağ Savaşından  sonra ilk dəfə təkbətək söhbətə başlaması diqqətəlayiqdir.

Həmçinin Laçın və Zəngəzur koridorlarının eyni statusa malik olmaları zərurətinin vurğulanması düzgün addımdır.

Xatırladaq ki, Milli Strateji Düşüncə Mərkəzini (MSDM) İsa Qəmbər 2015-ci ildə Müsavat Partyasının başqanı vəzifəsindən getdikdn sonra təsis etmişdir -05D-.

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button