2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məşhur solist vəfat etdi

“Savalan” qrupunun bədii rəhbəri, Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu 58 yaşında vəfat edib.

24saat.org xəbər verir ki, o, bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

“Savalan” qrupunun bədii rəhbəri, opera və balet teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsini bitirib.
İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışlar edib, “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib.

Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Novruz Novruzlu Akademik Opera və Balet Teatrında işləyib. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu “Savalan” qrupunu yaradıb və ilahi musiqilər ifa edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button