Loading...
Loading...
Siyasət

MSK ADR Hərəkatının sorğusunu cavablandırmaqdan imtina etdi

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Mərkəzi Seçki Komissiyasına (MSK) prezidentliyə qeydə alınmış namizədlərin üzərində mülkiyyət hüququ olan əmlakı, nəqliyyat vasitələri, son 1 illik gəlirləri və onların mənbələri ilə bağlı informasiya sorğusunu cavablandırmaqdan imtina edib.

24saat.org xəbər verir ki, bu barədə ADR Hərəkatının sədri Qubad İbadoğlu məlumat verib.

“MSK-nın üzvü Ramiz İbrahimovun imzası ilə bu gün daxil olan cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci maddəsi ilə müəyyən edilmiş, seçkilərdə irəli sürülmüş namizədlərin qeydə alınması üçün təqdim olunan seçki sənədlərinin və bu sənədlərdə olan məlumatların dərc edilməsi və informasiya sorğusu əsasında verilməsi nəzərdə tutulmamışdır. Halbuki, bu məsələyə münasibət bildirən prezident seçkilərində namizədliyi qeydə alınmış prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov belə məlumatların MSK saytında yerləşdirildiyini bəyan etmişdi.
ADR Hərəkatı bununla əlaqədar olaraq diqqəti 2 məqama yönəldir. Birincisi, informasiya sorğusu 7 iş gününü bitəndən sonra cavablandırılıb. İkincisi, hər bir seçici səs verdiyi namizədin gəlirləri və əmlakı barədə məlumatları əldə etməkdə maraqlıdır, odur ki, belə məlumatlar gizli saxlanıla bilməz.”
Q.İbadoğlu əlavə edib ki, ADR Hərəkatı hazırda hüquqşünaslarla məsləhətləşmələr aparır, sonrakı addımlar barədə əlavə məlumat veriləcək.

 

24saat.org

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button