2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

MSK beş seçki məntəqəsində seçkilərin nəticələrini ləğv edib

Sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının Nəsimi-Yasamal 22-ci seçki dairəsinin üç seçki məntəqəsində aşkar edilmiş pozuntularla əlaqədar olaraq növbədənkənar parlament seçkilərinin nəticələrini ləğv edib. Lakin bu qərar ümumilikdə 36 seçki məntəqəsi olan dairə üzrə seçkilərin ümumi nəticəsinə təsir etməyib.

Üç məntəqə üzrə nəticələr ləğv edildikdən sonra Demokratik İslahatlar Partiyasının rəhbəri, sonuncu çağırış parlamentin deputatı Asim Mollazadə hələ də ilk sıradadır. Pozuntularla bağlı şikayətləri isə ReAl partiyasının sədri İlqar Məmmədov verib. 

Eyni zamanda, Lənkəran kənd seçki dairəsinin iki məntəqəsində seçkilərin nəticələri etibarsız hesab olunub. Şikayət deputatlığa namizəd Əzizxan Əzizov tərəfindən verilib. Lakin bu halda da nəticələrin ləğvi dairə üzrə seçkilərin ümumi nəticələrinə təsir etməyib, burada hakim partiyanın nümayəndəsi, tarixçi Anar İsgəndərov liderlik edir.

Saytların yığılması Saytlarin yigilmasi

MSK sədri Məzahir Pənahov ümumilikdə pozuntularla bağlı 12 şikayət daxil olduğunu bildirib. Şikayətlərin qəbul edilməsi müddəti bu gün saat 18:00-da başa çatır.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button