2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

MSK-nın ATƏT-ə “səndən küsərəm” məktubu

Hökumət mayanın batmasıyla barışmaq istəmir

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair bəyanat yayıb. Palaz boyda bəyənatda cəfəng fikirlər səsləndirilir, Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın fontan vurduğu bildirilir və ATƏT məsum hökuməti gözdən salmaqda günahlandırılır.
Məlum bəyanatın sonuncu bəndində deyilir: “Mərkəzi Seçki Komissiyası adıçəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur və ümid edir ki, Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının yekun hesabatında yuxarıda göstərilən və digər çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda Mərkəzi Seçki Komissiyası böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq”.
Əlbəttə YAP hakimiyyəti böyük pullar hesabına xaricdən yüzlərlə müşahidəçi gətimişdi, minlərlə yerli müşahidəçi məntəqələrə yerləşdirilmişdi, 7 namizəd YAP namizədinin vəkili kimi prosesə qoşulmuşdu və gözləyirdilər ki, nəticədə dünya bunları alqışlayacaq. Amma son 25 ilin ən “şedevr” seçkisinə ATƏT güzəşt etmədi və hökumətin ümidlərinə “əlvida” dedi. Ona görə də MSK bir kitablıq bəyanat yayıb və ATƏT-ə “səndən küsərəm” deyir. Hələ də ümid edirlər ki, yekun hesabatda saxtakarlığa əl çalmaq mümkündür. Amma bəyanatdan da aydın görünür ki, MSK-nın ATƏT-ə vuracağı ən böyük zərbə, bu qurumla əməkdaşlıqdan imtina etməsi olacaq. Təbii ki, bu “ağır sınaq” ATƏT-in hökuməti yenidən sevməsinə səbəb ola bilməz.
Müxtəsər, hökumət həyəcanlandıqca daha rüsvayçı addımlar atır və saxtakarlığın olmadığını sübut edə bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Hikmət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button