2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

MSK-nın sədri seçilir

Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəsinə Məzahir Pənahovun namizədliyini təsdiq edib.

Parlamentin bu gün, aprelin 27-də keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

M.Pənahov Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP) namizəd göstərilib. O, 2000-ci ildən bu vəzifəni tuturdu.

MSK-nın 18 üzvü olur. Onların 6-sı hakim partiyanın, 6-sı parlamentdəki azlığın, 6-sı da parlamentdəki bitərəflərin payına düşür.

Qərar layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentdən kənarda qalan bir sıra müxalifət partiyaları isə MSK-nın belə formalaşmasını düzgün saymırlar. Onlar deyirlər ki, Azərbaycanda seçkilər saxtalaşdırıldığından əsas müxalifət partiyaları həm parlamentdən, həm də seçki komissiyalardan kənarda qalırlar. Həmin partiyaların təklifinə görə, komissiyalardakı yerlər müxalifətlə hakimiyyət arasında paritet əsaslarla bölüşdürülməlidir.

MSK rəhbərliyi və hakimiyyət təmsilçiləri isə seçkilərin saxtalaşdırılması ilə bağlı deyilənləri əsassız sayırlar. M.Pənahov elə aprelin 27-də keçirilən iclasda deyib ki, Azərbaycanda seçkilərin demokratik şəkildə keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb.

24 saat” “MSK-nın sədri seçilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button