Now Reading:
MSK prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə start verdi

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, artıq bu ilin ilk günlərindən ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir: “Yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Yəqin ki, dəqiqləşdirmələr fevralın 5-nə qədər məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək. May ayının axırına qədər biz bu prosesə yekun vurmalıyıq və siyahıları rəsmi sənəd kimi təsdiq edəcəyik”.

M. Pənahov siyasi partiyaların illik hesabatlarını MSK-ya göndərməyə başladıqlarını da deyib: “Artıq hesabatları göndərməyə başlayıblar. Biz çalışırıq bunu qaydaya salaq, ənənə yaransın, siyasi partiyaların bu məsələyə münasibətləri beynəlxalq standartlara uyğunlaşdırılsın. Eyni zamanda, bu gün mövqeyimiz ondan ibarətdir ki, kəskin münasibət göstərmək də düzgün deyil. Bir az iş getməlidir. Keçən ilə baxanda bu il müsbət dəyişikliklər var, siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.