MTN bandası “Metak” MMC-ni necə soyub? - keyfiyyətsiz boru istehsalçısına ittiham - 24 saat xəbərlər
Now Reading:
MTN bandası “Metak” MMC-ni necə soyub? – keyfiyyətsiz boru istehsalçısına ittiham
Full Article 2 minutes read

MTN bandası “Metak” MMC-ni necə soyub? – keyfiyyətsiz boru istehsalçısına ittiham

Plastik boru istehsalı ilə məşğul olan “METAK” MMC-nin üç vəzifəli şəxsi MTN işində iştirak edib

24saat.org  xəbər verir ki, təqsirləndirilən Akif Əliyevə qarşı şikayətinə bir müddət öncə baxılmışdı.

Zərərçəkmiş, şirkətin maliyyə direktoru Fuad Zülfüqarov ifadəsində demişdi ki, 2015-ci ilin fevral ayında onun telefonuna MTN-dən zəng daxil olub.

Zəng edən şəxs MMC-nin fəaliyyəti ilə bağlı məsələnin araşdırılması üçün onun xüsusi xidmət orqanına təşrif buyurmasının zəruri olmasını bildirib.

F.Zülfüqarov qeyd etmişdi ki, MTN-in nəzarət-buraxılış məntəqəsinə getdikdən sonra onu düz 10 saat sorğu-sual ediblər və təzyiqlər göstəriblər. Səbəb isə belə izah olunub: “Qazanırsınız, bizi görmürsünüz”.

Xeyli dindirmədən sonra idarə rəisi Akif Əliyev zərərçəkmişi başa salıb ki, “söhbəti” 50 min manat gətirməklə bağlamaq mümkündür.

Şirkətin təsisçisi ilə məsləhətləşdikdən sonra maliyyə direktoru Fuad Zülfüqarov 10 min manatı Akif Əliyevə verib və “söhbət” doğrudan da bağlanıb.

Hətta sonradan şirkətin əməkdaşı ilə MTN-də idarə rəisi işləmiş Akif Əliyev arasında mehriban münasibət yaranıb.

24saat.org xəbər verir ki, “METAK” MMC 1997-ci ildə yaranıb. Bildirilir ki, şirkətin gəlirlərini bir müddət gözdən keçirən MTN əməktaşları, MMC-nin rəhbəri Alik müəllimin otağına basqın ediblər və sonuncudan küllü miqdarda pul tələb ediblər.

Şirkət rəhbərindən 2 milyona yaxın pul alındığı iddia olunur. Başqa bir məmbədən əldə etdiyimiz məlumatda bildirilir ki, şirkətdə hansıza ciddi qanun pozuntuları aşkarlanıb. Bu səbəbdən də, şirkət hədəfə alınıb.

Mətbuatda gedən xəbərlərə görə, «METAK» öz alıcılarını istehsal etdiyi bəzi keyfiyyətsiz məhsullarla narazı salır və onları daim özünün iqtisadi ambisiyalarına istiqamətləndirir.

Daha detallı bilgilər əldə etmək üçün araşdırmalarımız davam edir.

Politika.Az

Input your search keywords and press Enter.