2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“MTN-çilərə torpaq verən icra başçıları və bələdiyyə sədrləri məsuliyyətə cəlb edilməlidir”

Namizəd Səfərov: “Məgər bu torpaqlar onlara babalarından qalıb?”

Hazırda həbsdə olan bəzi MTN generalları, eləcə də A.Çovdarov, habelə sabiq nazir Eldar Mahmudov və digərlərinin respublikanın ən müxtəlif bölgələrində yüz hektarlarla torpaq sahəsinə malik olması ilə bağlı xəbərlər dolaşmaqdadır. Maraqlıdır, dövlət torpaqlarını öz dədə-baba mülkü kimi MTN generallarına paylayan, hamam suyu ilə dost tutan icra başçıları, bələdiyyə sədrləri məsuliyyətə cəlb edilməlidirmi?

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən tanınmış hüquqşünas Namizəd Səfərov bunun olduqca vacib olduğunu vurğuladı:

“MTN generallarının özbaşınalıqlarının qarşısı vaxtında alınmalı idi. Icra başçıları, bələdiyyə sədrləri MTN generallarının elə ilk müraciətindən onlara “n” qədər torpaq sahəsi ayırıb. Evi-eşiyi, torpağı olmayan sadə bi vətəndaş icra hakimiyyəti və ya bələdiyyəyə yaxınlaşanda ki, mənə 6 sot torpaq verin, onun üzərində ev tikim, onun bu müraciətinə əməl etmirlər. Həmin vətəndaşdan böyük miqdarda rüşvət istəyirlər. Ancaq Akif Çovdarov kimi bir adama hektarlarla torpaq verirlər.
Bildiyiniz kimi, A.Çovdarov Göyçay-İsmayıllı ərazisində, Qaraməryəmli ərazisində hektarlarla torpaq sahəsinə malikdir. Məgər bu torpaqlar çar Rusiyası dövründən Çovdarovun babasından ona miras qalıb?
Odur ki, MTN generallarına dövlət torpaqlarını ata-baba mülkü kimi paylayan icra başçıları və bələdiyyə sədrlərinin də məsuliyyətə cəlb edilməsi, onlarla bağlı hüquqi müstəvidə lazımi araşdırmanın aparılması vacibdir”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button