2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

MTN generalının həbs müddəti uzadıldı

Ləğv olunmuş nazirliyin zabitləri barəsində olan cinayət işi bir müddət əvvəl yekunlaşaraq baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib

Saytların yığılması Saytlarin yigilmasi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin həbs müddəti uzadılıb.

Səbayel rayon Məhkəməsinin qərarı ilə həbsin müddəti bir ay artırılıb.

APA yazır ki, keçmiş nazirliyin zabitləri barəsində olan cinayət işi bir müddət əvvəl yekunlaşaraq baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilsə də, bir müddət sonra həbs olundu.

MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə yerə ayrılıb. Onlardan idarə rəisi Akif Çovdarov, general Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button