2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

MTN generalları hansı icra başçısını həbs etdirmək istəyib?

Akif Çovdarovla Hilal Əsədovun “Vosmoy bazarı” ilə bağlı planları barədə yeni məlumatlar

Həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun keçmiş həmkarı, general Hilal Əsədovla birlikdə “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı”na da əl qoyduğu barədə məlumat vermişdik. Məlumatla deyilirdi ki, Eldar Mahmudov dönəmində qılıncının dalı da, qabağı da kəsən Akif Çovdarov Hilal Əsədovla birlikdə “Vosmoy bazarı”nı onun qanuni sahibinin əlindən almağa nail olub. Uzun illər bu bazardan külli miqdarda mənfəət əldə edən sabiq MTN generallarının gəlhagəlləri Eldar Mahmudovun nazir postundan qovulması ilə başa çatıb. MTN-dəki yarpaq tökümündən istifadə edən “Vosmoy bazarı”nın qanuni sahibi öz haqqını bərpa etmək üçün məhkəməyə müraciət edib. Akif Çovdarovun həbsindən sonra məhkəmə bazar sahibinin haqlı tələbini tanıyıb və onun hüquqlarını bərpa edib.
24saat.org-a bu məsələ ilə bağlı yeni təfərrüatlar bəlli olub. Redaksiyamıza daxil olan məlumata görə, Hizami rayonunun keçmiş icra başçısı, dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin yaxın adamı sayılan Mehbalı Əliyevin işdən çıxarılması da Akif Çovdarovla Hilal Əsədovun “Vosmoy bazarı”na olan iddiaları səbəb olub. Bildirilir ki, Mehbalı Əliyev bu bazarın bir hissəsinə nəzarət edirmiş. Akif Çovdarovla Hilal Əsədov bazara əl qoyduqdan sonra Mehbalı Əliyevi tamamilə sıradan çıxarmaq qərarına gəliblər. İcra başçısı ilə bağlı Prezident Administrasiyasına xüsusi dosye göndərilib. Hətta Rövnəq Abdullayev də MTH generallarının qarşısını ala bilməyib. Mehbalı Əliyev MTH-nin hazırladığı dosye nəticəsində işdən çıxarılandan sonra Akif Çovdarovla Hilal Əsədov onun həbs etdirməyə və əmlakını ələ keçirməyə cəhd göstərib. Mehbalı Əliyevin bağından kilolarla qızıl tapıldığı barədə məlumatlar dövriyyəyə buraxılıb. Lakin MTH generallarının bu istəyi baş tutmayıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button