AZ24SAAT.ORG

Now Reading:
MTN generalları ilə bağlı hökmün tarixi müəyyənləşdi

Məhkəmə sabah müşavirədən qayıdacaq

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə hökmün tarixi məlum olub. Bizimyol.info xəbər verir ki, martın 15-də keçirilən son prosesdə təqsirlərndirilən şəxslərin son sözlə çıxışları yekunlaşdıqdan sonra məhkəmə kollegiyası müşavirəyə yollanınıb.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik ediyi kollegiya martın 30-da

müşavirədən qayıdaraq hökmü elan edəcək. Proses Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natavan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15, Zaur Məmmədovun 13, Natiq Alıyevin 14, Fərhad Atayevin 7, Anar Şirəliyevin 7, Eşqin Əliyevin 7 və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Həmçinin prokuror təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezidentinə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsini istəyib.

O, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini tələb edib.
Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.
O, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilə bağlı qanunauyğun olaraq qərar çıxarılmasını tələb edib.

Təqsirləndirilənlərə qanunsuz azadlıqdan məhrum etmə, mütəşəkkil dəstə tərəfindən külli-miqdarda dələduzluq, mənimsəmə, quldurluq, qanunsuz silah, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvətxorluq, rəsmi sənədləri saxtalaşdırma, və bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda maddələri ilə ittihamlar irəli sürülüb.

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunması üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat verilməsini, Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib. O, zərərçəkən vətəndaşların mülki iddiları və təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı qanuna uyğun olaraq qərar verilməsini xahiş edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.