2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

MTN icra başçılarını necə “gizli görüş” toruna salıb?

Bu mənzillərdən gizli görüş yeri kimi istifadə ediləcəyi bildirilib

Sabiq MTN generallarının qanunsuz əməlləri ilə bağlı 24saat.org-a maraqlı informasiya daxil olub.
Bilgili qaynaqdan daxil olan məlumata görə, keçmiş generallar bir çox icra başçısından “dövlət ehtiyacı” adı ilə onlarla ev alıb. Həmin mənzillərin MTN-nin balansına keçiriləcəyini və gizli görüş yerləri kimi istifadə ediləcəyini bildirən generallar, icra başçılarına onların bu xidmətləri ilə bağlı “lazmi yerlərə” lazımi məlumat verəcəklərini bildirib.

Mənbənin sözlərinə görə, icra başçılarından alınan və sözdə gizli görüş yeri kimi sənədləşdirilən bu evlərin hamısı satılaraq MTN generalları tərəfindən mənimsənilib. Həmin mənzillərin satılması nəticəsində sabiq generallar milyonlarla manat vəsait əldə edib ki, hazırda istintaqın qarşısında duran başlıca məsələlərdən biri bu pulların aqibətinə aydınlıq gətirməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button