2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''MTN işi'': Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla döyməyə başladı

Şahid istinaqda verdiyi ifadəsini təsdiqləyib

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 17-də Sabunçu rayon Məhkəməsində həbsdə olan MTN generalı Akif Çovdarov və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə veriblər.

Tofiq Rəcəbov adlı zərərçəkmiş bildirib ki, saat 13 radələrində MTN əməkdaşları tərəfindən Nizami küçəsində saxlanılıb:

“Mən Elçinlə Həsən adlı şəxsə brilliant göstərməyə getmişdik. Bizi orada saxlayıb nazirliyə apardılar”.

T. Rəcəbov orada hər hansı təzyiqə məruz qalmadığını, heç bir tələbinin olmadığını deyib.

İclasda zərərçəkmiş şəxslərdən Qədim Ədilov da ifadə verib. O bildirib ki, MTN əməkdaşlarından Səlim Məmmədova 300 min manat pul verib. Onun istintaq və məhkəmə zamanı ifadələri arasında ziddiyyət olduğu məlum olub. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. O, bildirib ki, Səlim Məmmədovla 2014-cü il sentyabrın 7-də saat 18-19 radələrində görüşüb. S.Məmmədovun vəkili Cavid Rzazadə isə Dövlət Təhlükəsizlik Xidmətindən aldığı sorğunu təqdim edib. Həmin sorğuda S.Məmmədovun qeyd edilən saatda işdə olduğu göstərilib.

Proses aprelin 19-da davam edəcək.

Qədim Əbilov istintaqa verdiyi ifadəsində MTN-də Çovdarovun onu döyüb təhqir etdiyini deyib: “3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu. Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boyunuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub. Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki “Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button