2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“MTN işi” – Çox sual cavabsız qalır

Avqustun 18-də artıq bir ilə yaxındır ki, “MTN işi” adıyla məşhurlaşan məhkəmə prosesində Akif Çovdarovun və onun tabeliyində işləmiş üç nəfərin məhkəmə istintaqı başa çatdı. Dövlət ittihamçısı Akif Çovdarov haqqında 15 il, digrləri haqqında 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb etdi.

Bu məhkəmə istintaqı dövründə saysız ittihamlar, zərərçəkənlərin adamı heyrətə salan ifadləri səsləndi. Keçmiş MTN ətrafında hay-küylü həbslər başlayandan çoxlarının səsləndirdiyi “bəs, görəsən Eldar Mahmudov nə vaxt həbs olunacaq” sualı isə elə sual olaraq qaldı.
MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsilzik Baş İdarəsinin rəisi işləmiş general Akif Çovdaroun və onun tabeliyində işləmiş Akif Əliyevin, Səlim Məmmədovun və Orxan Osmanovun məhkəməsi keçən ilin oktyabrından başlamışdı. Bundan əvvəl isə MTN-nin keçmiş şöbə müdiri Vüsal Ələkbərov 12 il azadlıqdan məhrum edilib.
Məhkəmə qarşısında kiçik balıqlardır
“Femida 007” portalının baş redaktoru, hüquqşünas Eyyub Kərimov deyir ki, bu məhkəmədən əsas gözlənti dəstə başçısının tapılmasıdır: “İndiyə qədər mühakimə olunanlar isə kiçik balıqlar idi”. “Təhlükəsizlik Araşdırmaları” Mərkəzinin rəhbəri, İlham İsmayılsa bir məqama diqqəti çəkib. O deyir ki, ilk baxışda məhkəmə açıq olsa da, jurnalistlər ora buraxılsalar da, əslində suallara tam cavab almaq olmur: Deputat Fazil Mustafa isə MTN generellarının həbsindən iki ilə yaxın, məhkəmə proseslərinin başlanmasından xeyli vaxt keçməsinə baxmayaraq, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu müddətdə həbs edilməməsinin səbəbinin ona da qaranlıq qaldığını bildirir: “Generallar həbsə alınır, məxfi personal həbs edilir, bu qədər əməllər olduğu yerdə qurumun başında duran şəxsin də məsuliyyəti var və cinayət məsuliyyətinə cəlb edilməli idi”.
F.Mustafa hesab edir ki, Eldar Mahmudovun indiyə kimi həbs edilməməsi bir çox səbəblərlə bağl ola bilər, amma bunun niyəsini hüquq-mühafizə orqanları daha yaxşı bilirlər.

“MTN işi” ilə bağlı MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev və onun tabeliyində işləmiş Azər Mehdiyev haqqında ayrılmış cinayət işinə isə Bakı Hərbi Məhkəməsində baxılır. Bu işdə zərərçəkən olmuş Maqsud Maqsudov məhkəmədə Eldar Mahmudovun dindirilməsini istəyib. Zərərçəkən deyib ki, Elçin Quliyevlə Azər Mehdiyevə qarşı şəxsi qərəzi yoxdur: “Onlara göstəriş verilib, icra ediblər. Mən Eldar Mahmudovun göstərişi ilə MTN-ə çağrılmışam. Başçı bura gəlməyəndən sonra biz icraçıdan nə tələb edə bilərik? Badamdar qəsəbəsində Eldar Mahmudovla qonşuluqda sənədli torpaq sahəmi şumladılar. Bununla bağlı da məhkəməyə müraciət edəcəyəm”.

Saytların yığılması Saytlarin yigilmasi

İttiham olunan Elçin Quliyev isə deyib ki, Kürdəxanıdakı 1 saylı Bakl istintaq təcridxanasında ciddi nəzarətdə saxlanılır, qaldığı kameranın qarşısında 4 nəfər dayanıb nəzarət edir: “Həbs olunduğun ilk dövrdə 4-5 ay ailəmlə danışmağıma da icazə verilmədi. Sonradan telefonla danışsam da, bu danışıqlar dinlənilib. Mənim şahidləri öyrətmək imkanım yoxdur. Dövlətə sədaqətlə xidmət etmişəm, “Milli Qəhrəman”dan başqa bütün mükafatlarım var”.
İntihara əl atan zərərçəkənlər
İyunun 14-də Fövqəladə Hallar Nazirliyi intihar hadisəsinin qarşısının alınması ilə bağlı məlumat yaydı. Həmin məlumatda deyilirdi ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda ik nəfərin intihar etmək məqsədi ilə çoxmərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısını ala biliblər. İntihar etmək istəyən iki nəfər fikrindən daşınıb. Bəlkə də bu hadisə sıradan intihara cəhd hadisəsi kimi görünə bilərdi. Ancaq intihar etmək istəyənlər – Zaur Əzimovla Sahib Qurbanovun adı “MTN işi”ndə zərərçəkən kimi keçirdi. İntihara təşəbbüs edənlərdən Sahib Qurbanov onları bu addımı atmağa istintaq orqanının vadar etdiyini bildirmişdi. aparılıb Zərərçəkənlər deyirdilər ki, bu müddətdə həm pulları gedib, həm də onlara cinayət işi açmaq istəyirlər.

Bakı Metropoliteninin keçmiş rəisində 3 milyon hardandır?

Yenə qayıdaq A.Çovdarovgilin işinə. Bu məhkəmədə Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov məhkəmədə dindirilmişdi. Tağı Əhmədov A.Çovdarovun ondan 3 milyon manat alması, qardaşı oğlu və daha bir qohumunun MTN-ə aparılıb döyülməsi haqda ifadə vermişdi. T.Əhmədov məhkəmədə Çovdarovdan pulu geri istəmişdi. Çovdarovun başqa bir MTN əməkdaşını göndərməklə onu şantaj etdiyini deyən Tağı Əhmədov sonra keçmiş nazir Eldar Mahmudva zəng edib. Nazirsə onun zənglərinə cavab verməyib.
Bundan sonra T.Əhmədov dərdini nazirin, eyni zamanda əmisi oğlu olan köməkçisi Vüqar Mahmudova deyib. Amma bunun da nəticəsi olmayıb. Tağı Əhmədov deyib ki, qardaşı oğlu və daha bir qohumu MTN-də döyüləndən sonra məcburiyyət qarşısında 3 milyonu Çovdarova verib. A.Çovdarovun vəkili T.Əhmədovdan tələbini soruşanda onun cavabı belə olub: “Bütün dünya bilir ki, «Leyli və Məcnun»da Məcnun nə istəyir. İndi mən də burada nə istəyəcəm? Əlbəttə ki, verdiyim pulu».

T.Əhmədov deyib ki, A.Çovdarov ondan MTN üçün 10 ədəd «Geländewagen» markalı avtomobil də istəyib. Amma o, bu tələbi yerinə yetirməkdən imtina edib.Bundan sonra Akif Çovdarov məhkəmədə Tağı Əhmədova qarşı korrupsiya ittihamları səsləndirib:“Dövlət rəhbərliyi metropolitenin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırmışdı. Biz də apardıq. Araşdırma zamanı məlum oldu ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib. Onun pulu Tağı Əhmədovun cibinə gedib. Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”.

İyulun 12-də keçirilən məhkəmə prosesində Akif Çovfəaliyyəti Tağı Əhmədovun əmlakları haqda ətraflı danışıb. Onun dediyinə görə, Tağı Əhmədov vəzifəsindən azad ediləndən sonra metropolitenin yeni rəisi Zaur Hüseynov zəng edərək, metro stansiyalarının çıxışlarındakı obyektlərin icarədarlarının metroya girişi bağlayaraq aksiya keçirdiklərini deyib. Söyləyib ki, polisə məlumat versələr də, onlar bacarmır. Çovdarovun sözlərinə görə, o, məsələni MTN rəhbərliyinə, onlar da öz növbəsində ölkə rəhbərliyinə məruzə edib. Ölkə rəhbərliyi göstəriş verib ki, məsələ ciddi şəkildə araşdırılsın: “Biz araşdıranda məlum oldu ki, metro stansiyalarının çıxışlarında 1200 obyekt var. Onlar 2007-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan “Bakı Metropoliteni”nin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq. Onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki, adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi”.

“Tağı Əhmədovun Bakıdan tutmuş, Dubaya qədər xeyli əmlakları varmış”

Akif Çovdarov deyib ki, bu faktı üzə çıxarandan sonra məsələni yenə dövlət rəhbərliyinə məruzə eləyiblər. Bu dəfə metropolitenin fəaliyyəti ilə bağlı detallı araşdırma aparmaq haqda göstəriş verilib. Bu zaman metropolitendə quraşdırılmış aparatların hər dörd jetondan birini qeydə almaması üzə çıxıb: “Məlum oldu ki, metropoliten hər il dövlətdən subsidiya aldığı halda, bu qədər gəlir Tağı Əhmədovun cibinə gedirmiş”.

Akif Çovdarov deyib ki, agentura vasitəsilə 11 milyonluq daha bir mənimsəmənin üstünü açıblar: “Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyiblər, bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib”. Onun sözlərinə görə, bunlar üzə çıxandan sonra Tağı Əhmədovun əmlakları ilə bağlı araşdırma aparıblar. Məlum olub ki, T. Əhmədovun Bakıdan tutmuş, Dubaya qədər xeyli əmlakları varmış: “Metronun “Sahil” stansiyasının üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüzdə 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal Rayon Məhkəməsinin yeni binasının yaxınlığındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin 3 mərtəbəsi, yenə də Dubayda böyük bir ticarət mərkəzi. Tağı Əhmədov həmçinin Xarici İşlər nazirliyində işləyən oğlu Ruslan Əhmədovvasitəsilə 17 milyon dollar pulu ofşor hesablara köçürməklə ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib.

Tağı Əhmədovun təkcə “Texnikabank”da 13 milyon dollar pulu aşkarlandı. “Bank of Baku”da və “Unibank”da da vardı. “Texnikabank” bağlanandan sonra öz hesabından 9 milyon çıxarıb ofşora köçürmüşdü. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min köçürmüşdü. Onlar da pulu çıxarıb, Ruslana vermişdilər. Əlimizdə kamera görüntüləri də var idi. Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi”.
Çovdarov deyir ki, prokurorluq da bütün bu mənimsəmə faktları haqda məlumatlandırılmışdı, amma prokurorluq lazımi tədbirlər görməyib.
MTN generalının sözlərinə görə, Tağı Əhmədovun oğlu Ruslan Əhmədov hava limanı istiqamətində avtomobili ilə qəza törədib: “Ruslan Əhmədov qəzanı içkili vəziyyətdə törətmişdi. Adam da ölmüşdü. Bu hadisədən istifadə edib, Tağıdan mənim əleyhimə yalan ifadə aldılar”.

İcra başçısı ilə MTN arasında münaqişə…

Avqustun 18-də keçirilən məhkəmədə Xəzər Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, hazırda isə iş üzrə zərərçəkmişlərdən biri olan Ələkbər Heydərovun MTN-ə gətirilməsi və ondan 300 min pul alınması ittihamı üzrə dindirmələr olub.
Bu epizod üzrə ifadə verən keçmiş MTN əməkdaşı Emin Abbasov deyib ki, Ələkbər Heydərovdan 300 mini Antiterror Mərkəzinin rəis müavini olub., 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunan və iki ay sonra təcridxanada intihar edən polkovnik İlqar Əliyev alıb. Mərhum MTN polkovniki ilə dost olduğunu deyən şahidin sözlərinə görə, İlqar Əliyev ona deyib ki, həmin pulu rəhbərliyə verib.

Bununla belə, Emin Abbasov Antiterror Mərkəzinə rəhbərlik etmiş Elçin Quliyevin bütün bu məsələlərdən xəbərsiz olduğunu düşünür.
Şahid Xəzər Rayon İcra Hakimiyyəti ilə MTN arasında konflikt olmasından da danışıb: “2010-cu ildən onlarla MTN arasında konflikt var idi. Mənim dostum vardı – Vüqar Ağayev. Vüqar işadamı idi, onu nazirin qohumları sıxışdırırdılar. Axırda baş götürüb Amerikaya getdi. Onun Xəzər rayonunda 25 hektar torpaq ərazisi vardı. Onu ələ keçirmək istəyirdilər. İcra başçısı buna razılıq verməmişdi. Eldar Mahmudov Vüqarın torpağını almaq üçün nazirliyin Nizami Şirinov adlı əməkdaşını icra başçısı Gülağa İslamovun yanına göndərmişdi. Nizami icra başçısını saxta sənəd hazırlamaqda ittiham eləmişdi. Gülağa İslamov da onu otağından qovmuşdu. Ardınca da Eldar Mahmudova zəng eləyib demişdi ki, “bu səviyyəsizi mənim yanıma niyə göndərmisən?” Bundan sonra icra başçısının müavini Ələkbər Heydərov saxlanıldı”.

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir.
A.Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.
2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

ANAR HƏSƏNOV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button