2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“MTN işi”: Həyat yoldaşım Akif Çovdarova 1 milyon manat verib

Ləğv Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə yenə də jurnalistlərin iştirakına icazə verilməyib.

Prosesdə Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatət verərək müdafiə etdiyi şəxsin anasının dünyasını dəyişdiyini və onun yas mərasimində iştirakının təmin edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra iclasda zərərçəkmiş şəxs Şahmar Qurbanovun keçmiş həyat yoldaşı Nigar Məmmədova şahid qismində ifadə verib. O, istintaq zamanı ifadəni oxumadan imzaladığını bildirib. Daha sonra onun ifadəsi elan edilib. N.Məmmədova bildirib ki, Şahmar Qurbanovdan eşitdiklərini istintaqa deyib.

Ş.Qurbanov isə jurnalistlərə açıqlamasında deyib ki, həyat yoldaşının A.Çovdarova verdiyi puldan xəbəri olub: “Həyat yoldaşım məhkəmədə dedi ki, evlərin, maşının və obyektin satılaraq, pullarının Akif Çovdarova verilməsindən xəbəri var. Həmin məbləğ bir milyon manata yaxındır. Nigar istintaqa verdiyi ifadəni təsdiqlədi. Bildirdi ki, mənimlə İsgəndər Hüseynovun Akif Çovdarov və Eldar Mahmudov üçün xaricə brilyant gətirməyə getməyimizdən xəbəri olub”.

Qeyd edək ki, Ş.Qurbanov istintaq zamanı ifadəsində 500 min dollar, 380 min dollarlıq brilyantı A.Çovdarova verdiyini deyib.

Proses günün ikinci yarısında davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarova qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və ya israfetmə, quldurluq, hədə-qorxu ilə tələbetmə, qanunsuz silah saxlama, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələri ilə ittiham verilib. Səlim Məmmədov, Akif Əliyevə, Orxan Osmanova da CM-nin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button