2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

“MTN” işi Kərəm Həsənovu da bitirə bilər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Malik Mustafayevin intiharında əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun da adı hallanır. Məlumat üçün deyək ki, Malik Mustafayevin intiharı “MTN işi” çərçivəsində araşdırılır. Daha konkret desək ki, anti-terror mərkəzinin həbsdə olan rəisi Elçin Quliyevə qarşi ittihamlarda Malik Mustafayevin intihar hadisəsi də əksini tapıb. Bu barədə mediada geniş məlumat verilib.
24saat.org xəbər verir ki, Malik Mustafayevin qardaşı Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində çalışıb. Mətləb Mustafayev Kərəm Həsənovun qanunsuz əməllərinə şərik olmadığına görə işdən çıxarılıb. Haqsız yerə işdən çıxarıldığı üçün yuxarı instansiyalara müraciət edib. Müraciətlərdə Kərəm Həsənovun qanunsuz əməllərindən bəhs edildiyi bildirilir. Bundan başqa Mətləb Mustafayev media orqanlarında komitə sədrinin qanunsuzluqlarını ifşa edib. Kərəm Həsənov isə Mətləb Mustafayevi susdurmaq üçün MTN-dən kömək istəyib. Elçin Quliyev əvvəlcə Malik Mustafayevə təzyiq edib. Bu təzyiqlər nəticə vermədiyinə görə o, işdən azad edilib. Daha sonra Mətləb Mustafayev həbs olunub. Malik Mustafayevə qardaşının susmaq və bəzi yüksək vəzifəli şəxslər haqqında ifadələr vermək müqabilində azad ediləcəyi bildirilib. Malik Mustafayev bu barədə qardaşı ilə danışsa da, nəticəsi olmayıb. Ona qarşı təzyiqlər şiddətli xarakter aldığına görə intihar qərarı verib.
APA-nın yaydığı məlumata görə, ittiham aktında Kərəm Həsənovun da adı əksini tapıb. Bu isə komitə sədrinin də istintaqa cəlb olunacağı barədə ehtimalları artırır.
Qeyd edək ki, MTN-dəki dəstənin ifşa olunduğu ilk günlərdən Kərəm Həsənovun bu çete ilə bağlı olduğu barədə iddialar səsləndirilib. Yayılan məlumatlarda qeyd edilirdi ki, Kərəm Həsənov Eldar Mahmudova vəzifəli şəxslərin özlərinin, qohumlarının əmlakları barədə məlumat əldə etmək, eyni zamanda hansısa əmlakı tez bir zamanda ələ keçirmək üçün lazım olub. Bunun qarşılığında Kərəm Həsənov güclü himayədar qazanıb. Hətta iş o yerə çatıb ki, komitə sədri hakimiyyətdəki nüfuzli məmurları belə, saymamağa başlayıb. İndi Eldar Mahmudov vəzifədə deyil, Kərəm Həsənovun saymadığı məmurlar isə yenə də hakimiyyətdə söz sahibidirlər…
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button