2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“MTN işi”ndə adı keçən qadın həbsxanada öldü

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.

Qeyd edək ki, C.Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, C.Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.

Onu da qeyd edək ki, C.Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra mətbuata müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. MTN əməkdaşları tərəfindən təhdid olunan C.Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button