2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

MTN-nin daha bir şifrəsini çözdük-“5533-3155”

Bildiyimiz kimi, Eldar Mahmudov 2015-ci ilin oktyabr ayında tutduğu vəzifədən azad olunduqdan az sonra ümumiyyətlə bu nazirliyin ləğv edilməsi bir sıra qaranlıq iddiaları ortaya qoydu. Bildirildiyinə görə, xarici qüvvələrin dəstəyi ilə hətta hakimiyyəti çevirmək barədə hazırlaşan keçmiş “MTN çetesi” kölgə kabineti də formalaşdırıb.

Bu qruplaşmanın ən ünlü və əsas fiqurlarından olmuş və elə Eldar Mahmudov tutduğu vəzifədən azad olunduğu gün həbs edilən nazirliyin Anti Terror Mərkəzinin rəis müavini, MTN polkovniki, bəzi iddialara görə şəbəkənin “qara qutu”su kimi tanınan İlqar Əliyev həbs edilməsindən az müddət sonra saxlanıldığı kamerada özünü asaraq intihar etməsi özü ilə bir çox sirrləri aparması, əslində, həmin şəbəkənin məlumat bazasının-arxivinin məhv edilməsi kimi də xarakterizə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Yəni adam şəbəkənin bütün gizli detallarını özü ilə qeybə apardı. Ancaq bu “çete”nin üzvləri barədə az da olsa müəmmalar açılmağa doğru gedir.

Sağda İlqar Yusifov

Məlumatlı mənbənin 24saat.org saytına bildirdiyinə görə, mərhum polkovnikin istifadə etdiyi əsas mobil nömrəsi olan 050 2** 55 33 olub. Yəni 1, 5, 3 rəqəmləri şifrə olaraq istifadə olunub. Polkovnikin intiharından sonra müxtəlif saytlarda “MTN çetesi”nə bağlı olan CORLTON TRAVEL Şirkətinin rəhbəri İlqar Yusifov barədə də müxtəlif iddialar səsləndirilmişdi. Bu şəxs İlqar Əliyevin tələbə yoldaşı və tabeçiliyindəki şöbələrdən birinin rəisi olan Mustafa Hacıyevin qaynıdır. Bu truzim şirkəti həmin vaxt nazirliyin qeyri-rəsmi biznes şəbəkəsi olaraq tanınıb və xarici ölkələrə nazirliyin bir sıra vəzifəli şəxslərinin “turlar”ını təşkil etməklə yadda qalıb.

Mayor Mustafa Hacıyev

Bildiyimiz kimi xüsusi-xidmət əməkdaşları xarici ölkələrə səfəri yasaq olduğundan, yalnız bu şirkətdən “tur” almaqla getməsinə müsaidə olunurmuş. Şirkətin müştəriləri sırasında tək MTN-nin deyil, başqa qurumların da əməkdaşları olub və həmin şəxslər də İlqar Əliyevlə isti münasibətləri olub. Şirkətin rəhbəri İlqar Yusifovun da mobil nömrəsinin sonu “3355” olması bu şəbəkəyə bağlılığının bir əlaməti olub.

 

Yenə “3 və 5” rəqəmləri. İlqar Əliyevin ən yaxın dostlarından və qohumu olduğu bildirilən şəxs isə hal-hazırda da Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılovdur. İcra başçısının adının iddiaya görə “MTN çetesi”nin kölgə kabinetində yer almasıdır. Bu şəxslə mərhum polkovnikin çox yaxın münasibətləri olub. Hətta polkovnikin anasının hüzr məclisində əvvəldən axıra kimi görünməsi və başqa bir çox məclislərdə bərabər görünmələri faktdır.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılov

Məsələnin mərhum polkovniklə icra başçısının dost olmaları şübhə tərəfi deyil. Burada da nömrələrin oxşarlıqları və Nazim İsmayılovun da mobil nömrəsində “1, 3, 5” rəqəmlərinin olması bu rəqəmlərin, əslində, hansısa bir şifrəni əks etdirdiyi barədə şübhələrimizi möhkəmləndirir.

Yəni, bütün bunların hamısına təsadüf kimi yanaşmaq sadəlöhvlük olardı. Çünki İsmayılovun mobil nömrəsi də “..11-31-55 “dir.

Mövzuya qayıdacağıq.

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button