2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

MTN-nin şöbə rəisi siqaret alveri ilə məşğul idi

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə nazirliyin Əməliyyat-Texniki İdarənin işçisi olmuş Sevinc İsgəndərova ifadə verib.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, həmin idarədə bölmə rəisinin köməkçisi işləyib: “İşim məxfi məlumatlarla bağlı telefonların dinlənilməsindən ibarət idi. General-mayor Natavan Mirvətovanın rəhbərlik etdiyi idarədə işləmişəm, telefonları dinlənilən şəxslərin kimliyi ilə bağlı heç bir məlumatım olmayıb. Mənə tapşrıqları əsasən Elşad Əzizov verirdi. O, işdə olmayanda isə tapşırıqları birbaşa Natavan Mirvətovadan almışam”.

Daha sonra şahid qismində MTN-nin Binəqədi şöbəsinin əməkdaşı Mirələm Həşimov dindirilib. O, zərərçəkmiş iş adamı Sahib Qurbanov və Zaur Əzimovun epiozodları üzrə ifadə verib: “Sahib Qurbanovu tanımıram. Şöbənin növbətçi hissəsindən zəng vurdular, bir nəfərin gəldiyini bildirdilər. Sonra şöbənin rəisi Rafiq Səfərov mənə zəng elədi, həmin şəxsi otağıma aparmağı, izahatını almağımı tapşırdı. Mən də onun tapşırığını icra elədim. Sonra Rafiq Səfərov zəng vurdu və həmin şəxsi otağımdan dəhlizə çıxarmağı dedi. Mən də həmin şəxsdən izahat almadım və onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm”.

Prosesdə iş üzrə şahid qismində ləğv olunmuş MTN Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov dindirilib. O ifadəsində qeyd edib ki, artıq xidmətdən uzaqlaşdırılıb və sərəncama götürülüb.

V.Mahmudov ifadəsində söyləyib ki, 2013-ci ildən MTN-də işə başlayıb: “Nazirlikdə işləməmişdən əvvəl kiçik bizneslə məşğul olmuşam. Həmin vaxt İlham adlı şəxslə yaxın dostluq əlaqələrim yarandı. Birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə bir az pul verirdi. Bir müddət sonra İlhamı MTN-in Binəqədi rayonunun rəisi olan Rafiq Səfərovla tanış etdim. O, Rafiq Səfərovla siqaret qaçaqmalçıları əməliyyatlar edirdi. Rafiqin sabiq nazir Eldar Mahmudovun köməkçisi Vüqar Mahmudoval yaxın münasibətləri olub”.

Prokurorun suallarına cavab verən V.Mahmudov etiraf edib ki, Rafiq Səfərovla İlham adlı tanış eləməkdə məqsəd bazara digər siqaret qaçaqmalçıların qarşısı almaq olub: “Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham Rafiqə kim siqaret gətirirdisə deyirdi. Rafiq də əməliyyat edib, həmin adamı tuturdu. Malını əlindən alıb, İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəkildə qaytarırdı. Bir neçə dəfə də Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm”.

Bu zaman təqsirləndirilən E.Quliyev etiraz edib. O bildirib ki, bunun onun işinə heç bir aidiyatı yoxdur: “Başa düşmürəm, deyirəm sakit oturum, danışmıyım, alınmır. Baxın, bu epizodun mənə nə dəxli var? Bu adamı birinci dəfə görürəm. Rafiq hansısa qaçaqmalçıdan pul alıb, buraxıb, bunun mənə nə dəxli var”?

Bu zaman hakim deyib ki, həmin şahidlər ittiham tərəfinin şahidləridir: “İttiham tərəfi bunları irəli sürüb. Sonda bunlara qiymət veriləcək”.

Şahid V.Mahmudov ifadəsini davam etdirərək bildirib ki, bu işdə zərərçəkmiş kimi tanınan Sahib Qurabanov bir dəfə onun yanına gəlib: “İşdən çıxan zaman yaxınlaşdı. Dedi ki, onun malları məndədi. Bildirdim ki, mən heç kimin malını götürməmişən. Dedim bu söhbəti sizə kim deyib? O da qeyd etdi ki, rəis müavini olan Heydər İslamov. Heydərlə danışdım, söylədi ki, Sahibə 30 min manat verilməlidir. İlhamla əlaqə yaratdılar, 30 min ödənildi”

Prosesdə hazırda həbsdə olan MTN əməkdaşı Fərhad Atayev və general Teymr Quliyev ifadə verib. Onlar da istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini söyləyiblər. T.Quliyev bildirib ki, o, istintaqa ümumi olaraq məlumat verib.

Məhkəmənin növbəti iclası sebtyabrın 22-nə təyin edilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button