2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

MTRŞ: 65 analoq TV yayım stansiyası söndürüləcək

“Dekabrın 20-də 10 Radio-televiziya yayım stansiyasında işləyən 65 analoq TV yayım stansiyası söndürüləcək”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

O bildirib ki, analoq yayımın III mərhələdə dayandırılması nəzərdə tutulan Masallı, Beyləqan, Biləsuvar, Hacıqabul rayonlarında Radio-televiziya yayım stansiyası olmadığından, onlar TV verilişlərini qonşu rayondakı TV stansiyaları vasitəsilə izləyirlər.

Saytların yığılması Saytlarin yigilmasi

İ. Məmmədov qeyd edib ki, bu bölgədəki radio-televiziya yayım stansiyaların çoxu güclü TV stansiyalarıdır.

Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-da Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb və rəqəmli TV yayımı həyata keçirilir. Analoq yayımın III mərhələdə – 20 dekabrdan Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button