Now Reading:
Müəllimlərin bəzi təhsil müəssisələrinə işə qəbulu imtahansız olacaq

Müəllimlərin bəzi təhsil müəssisələrinə işə qəbulu imtahansız olacaq

Nabatəli Qulamoğlu: “Özəl məktəblərin özünün müəllim seçmək hüququ var”

2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul edən məktəblərin adı açıqlanıb (APA). Təhsil Nazirliyindən bildirilib ki, siyahıda 10 təhsil müəssisəsi yer alıb. Bülbül adına orta ixtisas musiqi məktəbi, Bakı Avropa Liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına orta ümumtəhsil Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksi, Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, Kimya-biologiya Təmayüllü Respublika Lisey, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və T.Həsənov adına 23 nömrəli tam orta məktəb siyahıya daxildir.
Xatırladaq ki, ötən il Azərbaycanda 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib. Bu isə rekord hədd hesab olunub. Təhsil Nazirliyinin sözçüsü Eşqi Bağırov deyib ki, müsabiqədənkənar işə qəbul etmək hüququ verilən müəssisələr üçün müəllimlərin mərkəzləşdirilmiş imtahanda iştirak etməyə ehtiyac yoxdur. O deyib ki, gələcəkdə Təhsil Nazirliyinin tabeliyində olmayan, yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə səlahiyyət verilə bilər.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, özəl məktəblərin özünün müəllim seçmək hüququ var. Yəni həmin məktəblərdə müəllimin seçilməsi üçün imtahanlar məktəb daxilində keçirilir:
“Eləcə də, təmayüllü məktəblər bu mənada istisna təşkil edirlər. Ölkədə tanınan, tələbə qəbulunda yüksək nəticə göstərən məktəblər də var ki, oraya müəllimlər imtahansız seçilirlər. Həmin məktəblərdə bacarıqlı, yüksək savadlı uşaqlar təhsil alır. Qeyd etdiyim kimi, onlar istisna təşkil edir və yüksək göstəricilərə malik olan həmin müəssisələrdə müəllimlər işə imtahansız qəbul olunurlar. Amma ölkənin digər bütün ümumtəhsil məktəblərinə müəllimlər imtahan yoluyla seçilirlər”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.