Now Reading:
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas dəyişiklik açıqlanıb

“Bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqədə dəyişikliklər olacaq”.

 

APA-nın xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O bildirib ki, müəllimlər işə qəbulu üzrə müsabiqədə göstərilən nəticə 2 tədris ilində öz qüvvəsini saxlayacaq: “Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas ciddi dəyişiklik budur. Əsas mütərəqqi dəyişikliklər müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə müşahidə olunur”.

M. Camalzadənin sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə namizədlərə 60 test tapşırığı təqdim edilir: “Həmin test tapşırıqlarının 40-ı namizədin öz ixtisasına, 10 test tapşırığı metodika və təhsil strategiyalarına, digər 10 tapşırıq isə məntiqə dair olur”.

O vurğulayıb ki, müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı xüsusi məhdudiyyət yoxdur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.