2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Müəllif Rəsulzadə ilə bağlı filmi efirə getmədiyinə görə AzTV-dən istefa verib

Bakı/31.01.22 “Yüz İlin Sirləri” proqramının layihə rəhbəri Fəxrəddin Həsənzadə Məmməd Əmin Rəsulzadə ilə bağlı hazırladığı film efirə getmədiyi üçün AzTV ilə yolunun ayrıldığını bildirib. Onun hazırladığı filmin yanvarın 30-da saat 22-də efirə gedəcəyi ilə bağlı AzTV reklam da yayıb. Lakin film efirə buraxılmayıb.

Fəxrəddin Həsənzadə facebook səhifəsində bunları yazıb:

“Əziz dostlarım, AzTV -də yayımlanan “Yüz İlin Sirləri” proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim. Kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabım və dəlillərim var. Amma dostlarım bilir, mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Mənim sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan Azərbaycanlıları ətraflı tanıtmaq.

Saytların yığılması Saytlarin yigilmasi

Müsahibələrdə vaxtını aldığım dəyərli elm adamları və varislər haqlarını halal etsinlər. Yaranan duruma görə tamaşaçılarımızdan üzr istəyirəm”.

Öz növbəsində  AzTV bu mövzuda filmin efirdə yayımlanacağı ilə bağlı anaons verilmədiyinibildirirb. Bir halda ki, sosial şəbəkələrdə verilişin anaonsu barədə video yayılıb. 

-03D06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button