2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Müəllimə körpəni vurma iddiası ilə işdən çıxarılıb

Dünən, yanvarın 13-də sosial şəbəkələrdə dövlət müəssisələrinin birində azyaşlı uşağa fiziki təzyiqin göstərilməsi kimi təqdim edilən videogörüntülər yayılıb. Həmin kadrlar narazılıqlara səbəb olub.

Bu gün, yanvarın 14-də isə rəsmi qaydada bildirilib ki, bu hadisə İsmayıllı şəhəri 1 saylı Körpələr evi-uşaq bağçasında baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan”a bildirib ki, üçyaşlı uşağı vurmaqda günahlandırılan bağçanın tərbiyəçi – müəlliməsi Zülfiyyə Baxışovadır. Şöbə rəisinin əlavə etməsinə görə, o, təhqiqata cəlb edilib: “İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək”.

Təhsil Nazirliyindən…

Təhsil Nazirliyindən isə bildirilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi ləğv edilib: “…Vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinə… əsasən, bu gündən (yanvarın 14-dən) əmək müqaviləsi ləğv edilib”.

Amma, hələlik, bu rəsmi açıqlamalara sözügedən tərbiyəçi-müəllimə və uşağın valideynlərindən münasibət almaq mümkün olmayıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button