2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müəllimlərin əməkhaqqı kəsilib

Mədəniyyət və Turizm Nazirliyinin uşaq musiqi və incəsənət məktəblərində əməkhaqları azaldılıb. Maaşların orta hesabla 10 faiz kəsildiyi bildirilir.

Nazirlik müəllimlərin əmək haqlarına yenidən baxılmasının səbəbləri və meyarları haqda suallara cavab vermir.

Saytların yığılması Saytlarin yigilmasi

Müəllimlər deyirlər ki, martın əməkhaqqını ixtisarla alıblar. Bəzilərinin əməkhaqqı 40 manatadək azalıb.

«İslahatlar nəticəsində ödənişli təhsildən gəlir olduqda…»

Məsələ ilə əlaqədar AzadlıqRadiosu Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Nazirlik sorğuya birbaşa deyil, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi vasitəsilə cavab verib.

Məktubda deyilir ki, hazırda uşaq musiqi, incəsənət məktəblərində islahatlar məqsədiylə uyğun tədbirlər gerçəkləşdirilir. Məqsəd səmərəli idarəetmə sistemi formalaşdırmaq, məktəblərdə ödənişli təhsilin inkişafını təmin etməkdir. «… İslahatlar nəticəsində ödənişli təhsildən gəlir olduqda, müəllimlərin əməkhaqlarına əlavələrin edilməsi nəzərdə tutulacaq», – qurum bildirir.

Maliyyə naziri xəbərdar etmişdi

Ötən ilin dekabrında Milli Məclisdə büdcə müzakirələri aparılarkən maliyyə naziri Samir Şərifov deputatlara demişdi ki, musiqi məktəblərinin birgə maliyyələşdirilməsiylə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələr aparılıb.

“Maliyyə üçün gərəkən vəsaitin bir hissəsini dövlət, digər hissəsini valideynlər ödəyə bilər. Əgər valideyn övladının bu və ya digər sahədə öyrənməsini, ixtisaslaşmasını istəyirsə, az da olsa, bu prosesdə iştirak etməlidir», – nazir söyləmişdi.

Nazirliyin xərcləri azaldılıb

Hələlik, hökumət musiqi və incəsənət məktəblərində təhsil haqqının tətbiqi və valideynlər tərəfindən ödənilməsi haqda qərar verməyib. Məsələ ictimai müzakirəyə də çıxarılmayıb.

Amma bu ildən yerli mədəniyyət və turizm idarələri ləğv olunub, onların yerində Bakı Mədəniyyət və Turizm İdarəsi və 15 regional idarə yaradılıb. Bu il dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə 103 milyon 729,7 min manat vəsait ayrılıb ki, bu, bir il öncəkindən 21,3 milyon manat və ya 17,1 faiz azdır. Mədəniyyət sahəsi üzrə büdcə xərclərinin daha çox azaldılması nəzərdə tutulurdu. Parlamentdə müzakirələrdən sonra hökumət 3 milyon manat güzəşt etdi.

Maliyyə Nazirliyi əksini iddia edir

Mədəniyyət sahəsində çalışanların əməkhaqlarının azaldılmasına Maliyyə Nazirliyi də münasibət bildirib. Qurumun mətbuat katibi Mais Piriyev AzadlıqRadiosu-nun sorğusuna cavabında deyib ki, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda «əməkhaqlarının martdan ixtisar edilməsi haqda məlumatlar cəfəngiyatdır».

O əlavə edib ki, 2017-ci ilin dövlət büdcəsində ötən ilə nisbətən əməyin ödənişi fondu üzrə 6,5 faiz artım nəzərdə tutulub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button