2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Müəllimlərin oğurlandığı seçki

Yaxud, qürursuzluğun topa bülletenləri

İlham Hüseyn

Saytların yığılması Saytlarin yigilmasi

Əminliklə demək olar ki, 9 fevralda Azərbaycan tarixinin ən rüsvayçı seçkisi keçirildi. Foto-video faktlar bir daha sübut etdi ki, hakimiyyət üçün dövlətin imici, xalqın iradəsi heç nə ifadə etmir. Həyasızcasına, xalqın gözünün içinə baxaraq, səsləri oğurladılar. Bəli, milyardları, hüququ, ədaləti oğurlayanlar, rahatlıqla səsləri də oğurladılar. Əlbəttə, bizim üçün təəccüblü heç nə yox idi və öncədən bu “rəzalət zəlzələsi” haqqında məlumat vermişdik. Nəticədə 12 bal gücündə saxtakarlıq oldu və seçki adına olan-qalan hər şey darmadağın edildi.
Amma bizi təəssüfləndirən, utandıran, dəhşətə gətirən əsas hadisə Azərbaycan müəlliminin növbəti performansı oldu. İllərdi müəllimləri bu saxtakarlıqlara şərik olmamağa, qürurlu olmağa, 5-10 manata alçalmamağa səsləyirik. İllərdi seçki saxtakarlığı edən müəllimlər ifşa olunur, şəkilləri sosial şəbəkələri bəzəyir, minlərlə insan belə müəllimlərə nifrət və təhqir püskürür və s.
Amma bütün bunlara baxmayaraq, 9 fevralda müəllim adı daşıyan xeyli adam qürursuzluğun rekordun vurdu, xalqın iradəsinin qərət olunmasında vasitəyə çevrildi. Əlbəttə, bu çirkaba batmayan, şərəfini qoruyan müəllimlər də var və onların qarşısında baş əyirik.
Amma etiraf edək ki, rejimin sındırdığı müəllimlər daha çoxdur və dünən yüzlərlə belə müəllim nümunəsi gördük. Utanmadan səs oğurlayan müəllim bizim övladlarımıza nə bəxş edə bilər? Qürurun bazara çıxarmış ziyalı qürurlu gələcək yetişdirə bilərmi? Faktiki olaraq müəllimlər bu ölkəyə qənim kəsilmişlərin şəriki oldu, Azərbaycanın imicinin məhv olmasına yardım etdi. 50-100 mantdan imtina edə bilməyən, öz böyüklüyünü seçki qutusunda dəfn edən adam müəllim adına ləkədir.
Azərbaycan xalqı belə müəllimləri korrupsionerlərlə eyni rəfə yığmalıdır. Müqəddəs müəllim adını rahatlıqla çirkaba batıranlara kütləvi etiraz olmalıdır. Belə müəllimlərə 8 martda, Müəllimlər günündə, doğum günlərində topa bülletenlər hədiyyə etmək lazımdır. Bəli, qürurun topa bülletenlərlə əridən adamlara layiq olduğu qiyməti vermək lazımdı. Bizim övladlarımızın gündəliyinə qiymət yazan xeyli adam, ləyaqət imtahanından kəsildi.
“Ey hörmətli müəllim” xitabını, “ey hörmətsiz saxtakar”la əvəzləyənlər dövlətin və xalqın düşmənləridi.
Heç kim bəhanə axtarmasın. Heç kim özünə bəraət qazandırmasın. Faktiki olaraq dünən xeyli müəllim cinayətə şəriklik etdi və bunu nümayişkəranə şəkildə həyata keçirdi. Bu həm də mənəvi sərvətimizin məhv edilməsi deməkdir.
Təəssüf ki, dünən şəffaf qutuların əhatəsində müəllim adı daşıyan xeyli adam, qeyri-şəffaflığın iyrənc mənzərəsin yaratdı. Bu iyrənclikdən imtina edə bilməyənlərin narkomandan nə fərqi var?
Narkoman iynənin, belə “müəllim”lər isə 50-100 manatın düşkünüdülər.
Dünən təkcə səslərimiz yox, həm də müəllim adı oğurlandı. Topa-topa, masa altından, pencək cibindən oğurlandı.
Bəli, biz 125 nəfər mənasız adama görə müqəddəs müəllim adın qurban verdik.
Rejimin dövlətə ən böyük zərbəsi milyardları oğurlamaq yox, müəllimi cinayətə qurşandırmaq oldu.
Dünən müəllimləri məntəqə-məntəqə sındırdılar, bülleten-bülleten alçaltdılar. Tumanından bülleten çıxaran müəllimin, sinifindən qürurlu vətəndaş çıxmaz

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button