2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müəllimlərlə saçyolduya çıxan direktor istefa verdi – VİDEO

Məktəbdən bildirilib ki, direktor Leyla İsmayılova bu gündən məktəbə gəlmir

Dünən sosial şəbəkələrdə Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə baş verdiyi iddia olunan hadisənin videogörüntüsü yayılıb. Videogörüntüdə  məktəbdə bir qrup qadın arasında baş vermiş dava-dalaşın az qala saçyolduya çatdığı müşahidə edilir.

İddia olunur ki, həmin qadınlar arasında direktoru Leyla İsmayılova da olub və o, müəllimlərlə mübahisə edib.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org xəbər verir ki, Modern.az saytı qalmaqalın baş verdiyi məktəbin direktoru ilə əlaqə saxlamağa çalışıb. Məktəbdən bildirilib ki, direktor Leyla İsmayılova bu gündən məktəbə gəlmir:

“Məktəbin direktoru dünənki hadisədən sonra ərizəsini yazıb və məktəbdən çıxıb. Hazırda onun yerinə heç bir təyinat yoxdur”.

Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı məktəbdə direktor və bir qrup müəllim arasında baş verən və valideynlərin də qoşulduğu mübahisəni telefonla qeydə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

iddia edilir ki, məktəbin təxminən 10-a yaxın müəllimi Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə keçid balını toplaya bilməyib. Buna görə də direktor Leyla İsmayılova onların dərs saatını azaldıb.

Dava ilə bağlı görüntülər yayılandan sonra Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri məktəbə gəliblər, direktor və narazı müəllimlərdən izahat alınıb.

Təhsil Nazirliyi hələlik məsələyə rəsmi münasibət bildirməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button