2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimiXəbərlər

Müasir kaniballar Bokassa yolunda – DİKTATORUN HƏYATI

Emil Salamoğlu yazır…

Onlar başlarını itirə-itirə gedirlər. Bir az eqoizm, bir az psixopatlıq, bir az aqonik vəziyyət…Manyakal hədd. Tiranların geri dönüşü olmur, geri çəkilməyi həzm etmirlər; qanunları dəyişirlər, şahın qanun olduğunu legitimləşdirirlər, riyakar kütləyə təlxək kimi baxırlar.
Onlar qəzəblidir, hikkəlidir, qisas ehtirasları soyumur, əsəblərini cilovlaya bilmir, ardıcıl irəliyə kor-koranə addım atırlar – gah monarxiyaya, gah krallığa…qabağındakı uçurum olduğunu bilsə də…

bokassa5…1921-ci ildə Mərkəzi Afrika Respublikasında (MAR) balaca Jan-Bedel Bokassa gözlərini dünyaya açır. Açmaz olaydı!!! Valideynləri bilsəydi bu uşaq böyüyəndə “Təpəgöz” olacaq, kim bilir, bəlkə də diri-diri basdırardılar.

O vaxt Mərkəzi Afrika Respublikası Fransa protektoratı idi. Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulur, vyetnamlılara qarşı vuruşur.

Saytların yığılması Saytlarin yigilmasi

Döyüşlər zamanı qohumu David Dako müstəqillik alan MAR-ın prezidenti olur və onu ölkəyə çağırır. 1960-cı ildə hərbi kabinetin rəisi olan Bokassa qısa müddətə marşala qədər yüksəlir. Marşal olandan sonra 1972-ci ildə qohumunu devirərək prezident olur. Vəssalam!

***

bokassa6

Liliput dünya gözəli olan padşah qızı ilə evlənir. Zifah gecəsinin ertəsi rəfiqəsi gəlinin üz-gözünün, boyun-boğazının cırmaq-cırmaq olduğunu görür. Rəfiqəsindən “deyəsən ilk gecəniz çox ehtiraslı keçib” deyə zarafatla soruşur.

Gəlin isə “nə ehtiras, liliput bütün gecəni üstümdə o yana – bu yana qaçırdı, sevincindən atılıb-düşürdü, qışqırırdı ki, inana bilmirəm bütün bunların hamısı mənimdir…”

Gözüdönmüş “Təpəgöz” Bokassa da iqtidara gəlişini eynilə Liliput acgözlüyü ilə qeyd edir. 1979-cu ildə prezident olmaqla yanaşı, bütün hakimiyyəti əlində cəmləşdirir: özünü müdafiə naziri, sosial təminat naziri, sənaye naziri, telekommunikasiya naziri, hökumətin sədri, ölkənin tək partiyası – Qara Afrikanın Sosial Təkamülü Hərəkatının sədri təyin edir. Qara Afrika xalqının qara günləri də elə bundan sonra başlanır…

Onlar başlarını itirə-itirə gedirlər. Bir az eqoizm, bir az psixopatlıq, bir az aqonik vəziyyət…

Bokassa referendumsuz, müzakirəsiz, xalqının fikrini öyrənmədən ölkəsinin adını dəyişir – Mərkəzi Afrika İmperiyası adlanır. Özünü isə ömürlük prezident elan edir. Tacqoyma mərasimi çox dəbdəbəli keçir.
bokassaTacın qiyməti 5 milyon dollar idi. Oturmuş qartal şəklində iki tonluq qızıl taxt, ən yaxşı xarici markalardan olan 100 avtomobil və 130 ağ cıdır atı… Təyyarə ilə ölkəyə Fransadan 7 ton çiçək, 5200 livreya, 600 frak və smokinq (Pyer Kardin hazırladıb), 25 min butulka Burqund şərabı, 40 min butulka şampan, 10 min gümüş qab-qacaq dəsti, 120 nəfərlik orkestr.. gətirilib. Bokassa saf qızıldan özünün iki tonluq heykəlini də qoydurmuşdu…
Tacqoyma mərasimində onun geyindiyi tufli ən bahalı ayaqqabı kimi Ginnesin rekordlar kitabına düşüb. Dünyanın bütün ölkələrinin rəhbərləri və Roma papası da tədbirə dəvət olunsa da, heç kəs gəlmədi. Çünki onu psixi cəhətdən anormal sayırdılar.
Əsrarəngiz tacqoymaya bu qədər vəsait xərclənsə də, üç milyon əhalisi olan ölkə kasıblıq, aclıq içində boğulurdu. Təhsil, səhiyyə, əhalinin həyatı pis idi: 43 min nəfərə bir həkim düşürdü, bütün ölkədə cəmi bir diş həkimi vardı.

bokassa2Amma o, qohumları ilə xəzinəni talayır, ölkədə və xaricdə çoxlu dəbdəbəli evlər alır, eyş-işrət məclisləri qurur, özünü çoxlu orden və medallarla təltif edirdi.

Kral havalanıb, hakimiyyət gözünü kor edib, özünü imperator sayır, gecələr yatmır, içib güzgünün önündə çıxışlar edir, xalqa inkişaf nağıllarından danışır, Napoleonun sublimasiyasını yaşayır. Eh, bədbəxt Bokassa…

***

bokassa3
1979-cu ildə onun portreti olan formanı geymək istəməyən məktəblilər güllələnir. Yüzlərlə uşağı mərkəzi türməyə doldurmuşdular. Əsgərlər onları təpik altına salıb xıncır, sonra kameralara doldururdular.
Qəzəbdən ağlını itirmiş Bokassa özü türməyə gəlmişdi ki, uşaqlara yaxşıca dərs versinlər. Bu «dərs»dən sonra yüzə qədər adam öldü. Onları ya ümumi məzarda basırır, ya da çayda axıdırdılar.
Amma imperator bununla kifayətlənməyib. Onun əmri ilə otuza qədər uşağı sarayın qabağına gətiriblər.
Jurnalist Bernar Lubanın verdiyi məlumata görə, onları yerə uzanmağa məcbur ediblər və sərxoş Bokassa sürücüyə əmr edib ki, maşını onların üzərindən sürsün. Sürücü etiraz edəndə Bokassa özü sükan arxasına keçib və yük maşınını sonuncu səs kəsilənə qədər irəli-geri sürüb.
Bu zaman Bokkasanı qoruyan ağası Fransa onun odiozluğundan cana doyur və fransız desantçılar tərəfindən devrilir, Fransaya aparılır.
Desantçılar saray mətbəxində insan əti ilə dolu soyuducular tapır. Beynəlxalq istintaq qrupu müəyyən edir ki, Bokassa siyasi rəqiblərini quyularda çürüdüb, onları timsahlara yedirib.
Dəhşətsə bu deyil, Bokassanın yeməyində insan ətindən istifadə etməsidir. O cümlədən, arvadlarının bir çoxunun ətini yeyib. Bundan başqa, ölkədə yeganə riyaziyyatçını yeyib. Həbs olunandan sonra soyuducudan həmin alimin qalıqları tapılır.

***

…Fransada sonralar keçirilən mətbuat konfransında Bokassaya sual verilir: “Deyirlər, siz puritan həyat tərzi keçirirsiniz. Yemirsiniz, içmirsiniz, siqaret çəkmirsiniz, qadınlardan xoşlanmırsınız, hətta müxalifəti sıxışdırmırsınız. Siz necə özünüzü yüngülləşdirirsiniz?”

Bokassa ingilis gənc jurnalisti diqqətlə süzür: “Mən gərginləşmirəm, sizə də məsləhət görmürəm” deyir və müxbirə təklif edir ki, kofe süfrəsində bu məsələni təklikdə müzakirə etsinlər. Təbii ki, jurnalist qorxur və buna getmir.
bokassa4Uzun müddət Fransada yaşayan Bokassaya 1980-ci ildə vətənində qiyabi məhkəmə keçirilir və o, ölümə məhkum edilir. 1986-cı ildə eks-imperator həyatında çox güman ki, ən qəribə addımı atır.
O, könüllü şəkildə Mərkəzi Afrika Respublikasına qayıdır. Hesab edirdi ki, xalq yenidən onu taxta çıxaracaq. Amma qayıdan kimi həbs edilib mühakimə olunur.
Ona dövlətçiliyə xəyanət, qətllər, adam əti yemək və dövlət əmlakını dağıtmaq ittihamı irəli sürülür. Bokassa məhkəmədə çox fəal iştirak edir və hakimləri inandırır ki, qurbanlarının bədən hissələrini soyuducuda yemək üçün yox, simvolik mənada saxlayıb. Guya bu orqanların hərəsinin öz mənası var.
Məsələn, qaraciyər uğur gətirir və s. Bundan sonra adam yemək ittihamı üzərindən götürülür. Amma başqa ittihamlar kifayət edir ki, ölüm cəzasına məhkum edilsin. Bu, 12 iyun 1987-ci ildə baş verir.
Bir il sonra isə əfv olunur və ölüm cəzasını ömürlük həbslə əvəz edirlər. Daha sonra isə iyirmi illik cəzaya dəyişdirilir. 1993-cü ildə ölkədə demokratik idarəçilik bərpa olunur və ümumi amnistiya elan olunur.
Bokassa azadlığa çıxır. Üç il sonra – 3 noyabr 1996-cı ildə infarktdan ölür. Kannibal, psixoz, uşaq qatili olan kral cəzasız qalır.
Müasir dövrün kannibal tiranları xələflərindən bir fərqlə seçilirlər – onlar adamları bişirib yemir, diri-diri udurlar…
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button