2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Müayinədə sağlamlığımı itirdiyim təsdiq olunsa da, əlillik dərəcəsi təyin edilmədi”

Yayımlandı: 21 İyul 2022 17:25

Bərdə sakini: “Artıq canımdan bezmişəm”

“Müharibə vaxtı Bərdəyə atılan raket nəticəsində ağır yaralanmışam, iki dəfə çətin əməliyyat keçirmişəm. Sağlamlığımı itirsəm də, indiyədək əlillik dərəcəsi ala bilmirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə ünvanladığı müraciətində Bərdə rayon sakini, 1980-cı il təvəllüdlü Telman Orucov bildirib.

Telman Orucov 2020-ci ilin oktyabrın 28-də Bərdənin bombalanması zamanı yaralanıb. Şikayətçinin sözlərinə görə, dəfələrlə əlillik üçün müraciət edib, iki dəfə əyani müayinədən keçirilib:

“Prezidentə şikayət yazdım. Bundan sonra Ekspertiza Mərkəzinin sədr müavini, hamının Sahil Babayevin qohumu kimi tanıdığı Mətanət Məmmədova cavab göndərdi ki, əyani müayinədə əlillik aşkar olunub, ancaq Forma 88-də nəsə düz gəlmir. Deməli, əyani müayinədə sağlamlığımı itirdiyim təsdiq olunubsa, mənə əlillik verilməlidir”.

Foto: Meydan TV

Telman Orucov deyir ki, sol tərəfdən budundan, qarın boşluğundan, ağciyərindən xəsarət alıb, sol qolu işləmir. İkinci dəfə əməliyyatı özhesabına etdirib, 2500 manat xərcinin çıxdığını deyir.

“Birinci dəfə Yevlaxda hospitalda müalicə aldığım vaxtı AzTV çəkiliş etdi, dedilər ki, sizə göstərilən yardımı tərifləyin. Maşınıma ciddi ziyan dəydi, cəmi 800 manat sığorta ödəniş etdi, hansı ki, zərər üç minə yaxın idi. Şikayət edirdim, məni Bərdə Rayon Polis Şöbəsinə yönləndirirdilər. Onlar da çağırırdılar, deyirdilər ki, yaxşı olacaq, narahat olma. Heç bilmirəm ki, mənim şikayətimi polisə niyə yöndərirlər, heç onlar özləri də bilmirlər”,-Orucov danışıb.

Foto: Meydan TV

Şikayətçi bildirib ki, sakitləşdiricilər qəbul edir, ağrıları güclü olduğundan bu dərmanlar da təsir etmir. Artıq dərman almağa da maddi imkanı yetmir:

“Yoldaşım müəllimdir, mən çörəkpulu, anam da pensiya alır. 4 nəfərlik ailənin qazancı müalicələrimə, dərmanlara bəs etmir. Artıq canımdan bezmişəm”.

Bərdə Rayon İcra Hakimiyyətindən bildiriblər ki, terrordan zərər çəkənlərə, o cümlədən Telman Orucova yardım edilib. Lakin əlillik təyinatı icra hakimiyyətinin səlahiyyətində deyil.

Foto: Meydan TV

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Meydan TV-yə bildirilib ki, Telman İldırım oğlu Orucov əlilliyinin qiymətləndirilməsi məqsədilə 10 may 2022-ci ildə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə edilib.

Onun sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən olunub. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq ona imtina qərarı verilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button