AZ24SAAT.ORG

Now Reading:
“Mübarizə hələ qarşıdadır!” – Müxalifət aprelin 14-nə mitinq təyin etdi

Milli Şura və Müsavat Partiyasının növbəti mitinqi aprel ayının 14-də olacaq. Müsavatın mətbuat xidmətindən verilən məlumata görə, hər qurumun təmsilçilərinin mitinqlə bağlı xəbərdarlıq məktubu Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib.

AXCP sədri Əli Kərimli mitinqlə bağlı ilk çağırışını edib.

“Əziz həmvətənlər, sizə güvənərək mitinqlərə davam qərarı verdik. Növbəti mitinqimiz saxta seçkilərdən dərhal sonra – 14 apreldə, saat 15-də, “Məhsul” stadionunda keçiriləcək. Yalançılara, talançılara, seçkini saxtalaşdıranlara yox deyəcəyik. İlham Əliyev elə bilməsin ki, 11 aprel saxtakarlığı xalqı ruhdan salacaq, onun özgüvənini sarsıdacaq. Qətiyyən! Daha ciddi, daha kütləvi və qalibiyyətli mübarizə hələ qarşıdadır!”, – Əli Kərimli özünün feysbuk səhifəsində yazıb.

Bastainfo.com

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.